Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
513
19.11.2022, 09:10
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu sürücülərə etibarnamənin elektron qaydada verilməsi ilə bağlıdır.
Sual: Azərbaycanda etibarnamənin elektron qaydada verilməsi necə mümkündür?
Cavab: Artıq sürücülər notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələri “myGov” portalı vasitəsilə elektron qaydada əldə edə biləcəklər. Belə ki, portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidməti təqdim edilir.
Vətəndaşlar “myGov” şəxsi kabinetlərində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş “ASAN ödəniş” sistemi üzərindən ödəniş aparmaqla müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir. Portal üzərindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “Birja Auksion” sistemlərinə keçid mümkündür.
Sistemin əsas xüsusiyyəti odur ki, vətəndaş heç bir xidmət mərkəzinə yaxınlaşmadan həftənin 7 günü 24 saat bu xidmətdən yararlana bilirlər.
Bununla yanaşı, “myGov.az” portalındakı şəxsi kabinetə bildiriş gedir.
Elektron etibarnamə üçün tələb olunan şifrə Ədliyyə Nazirliyinin istifadəyə verdiyi “Mobil notariat" tətbiqi vasitəsilə və “myGov” platforması üzərindən göstərilir. Burada istifadəçi ASAN və ya elektron imzası vasitəsilə həmin xidmətdən şifrəsiz istifadə edə bilər. Əgər vətəndaş bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməyibsə, o zaman ilk dəfə identifikasiyaya ehtiyac var. Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür.
Hazırladı: Miri Məcidli
00:52 / 16 Oktyabr 2026
74
00:10 / 16 Oktyabr 2026
95
23:39 / 15 Oktyabr 2026
88
23:19 / 15 Oktyabr 2026
105
23:00 / 15 Oktyabr 2026
113
22:40 / 15 Oktyabr 2026
113
22:22 / 15 Oktyabr 2026
106
22:15 / 15 Oktyabr 2026
400
22:10 / 15 Oktyabr 2026
119
22:06 / 15 Oktyabr 2026
124
22:06 / 15 Oktyabr 2026
90
22:06 / 15 Oktyabr 2026
101
21:55 / 15 Oktyabr 2026
124
21:42 / 15 Oktyabr 2026
104
21:23 / 15 Oktyabr 2026
174
21:12 / 15 Oktyabr 2026
123
21:07 / 15 Oktyabr 2026
171
20:56 / 15 Oktyabr 2026
110
20:48 / 15 Oktyabr 2026
117
20:30 / 15 Oktyabr 2026
177
20:21 / 15 Oktyabr 2026
103
20:13 / 15 Oktyabr 2026
98
20:07 / 15 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.