Hərbi xidmətə çağırılanların kredit borcları necə tənzimlənir? – Vəkildən AÇIQLAMA
13 Oktyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
593
17.11.2022, 10:27
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün tələb olunan sənədlərlə bağlıdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;
pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Qeyd 1: Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.
Qeyd 2: Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti, əcnəbinin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd), həmçinin əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla) əsli ilə birgə təqdim edilir. Tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
Miri Məcidli
14:45 / 16 Oktyabr 2026
18
14:41 / 16 Oktyabr 2026
42
14:24 / 16 Oktyabr 2026
91
14:22 / 16 Oktyabr 2026
61
14:17 / 16 Oktyabr 2026
60
14:11 / 16 Oktyabr 2026
307
14:06 / 16 Oktyabr 2026
61
14:05 / 16 Oktyabr 2026
66
14:04 / 16 Oktyabr 2026
53
13:45 / 16 Oktyabr 2026
76
13:22 / 16 Oktyabr 2026
69
13:18 / 16 Oktyabr 2026
88
13:07 / 16 Oktyabr 2026
94
13:04 / 16 Oktyabr 2026
106
13:01 / 16 Oktyabr 2026
63
12:56 / 16 Oktyabr 2026
1399
12:53 / 16 Oktyabr 2026
62
12:46 / 16 Oktyabr 2026
83
12:37 / 16 Oktyabr 2026
88
12:32 / 16 Oktyabr 2026
74
12:30 / 16 Oktyabr 2026
67
12:28 / 16 Oktyabr 2026
479
12:25 / 16 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.