Qaynar xətt:

(+99450) 247 90 86

Konstitusiya Məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb

Konstitusiya Məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin müraciətini icraata götürüb

HÜQUQ

383

16.11.2022, 14:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib, Gəncə Apellyasiya Məhkəməsinin müraciəti icraata götürülüb.
Bu barədə Oxu24.com-a Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 17, 18.2-ci və 18.3-cü maddələrinin şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 9-na təyin edilən iclasında baxılacaq. Miri Məcidli