Taleh Məmmədov məhkəməyə çıxarılır
16 Oktyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
417
16.11.2022, 13:30
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu iş icazəsinin hansı hallarda tələb olunmadığı sualıdır.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən aşağıdakı hallarda iş icazəsinin alınması tələb olunmur
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;
Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
Diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;
Beynəlxalq təşkilatlarda işləyənlərə;
Beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;
Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;
Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş, Azərbaycan Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;
Dənizçilərə;
Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
İncəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;
Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;
Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə;
Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;
İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;
Himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olanlara;
Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.
Hazırladı: Miri Məcidli
16:59 / 16 Oktyabr 2026
1
16:51 / 16 Oktyabr 2026
27
16:34 / 16 Oktyabr 2026
45
16:15 / 16 Oktyabr 2026
638
16:13 / 16 Oktyabr 2026
55
16:09 / 16 Oktyabr 2026
59
16:01 / 16 Oktyabr 2026
119
15:39 / 16 Oktyabr 2026
186
15:35 / 16 Oktyabr 2026
174
15:29 / 16 Oktyabr 2026
149
15:22 / 16 Oktyabr 2026
297
15:20 / 16 Oktyabr 2026
70
15:10 / 16 Oktyabr 2026
61
15:00 / 16 Oktyabr 2026
67
14:45 / 16 Oktyabr 2026
71
14:41 / 16 Oktyabr 2026
103
14:24 / 16 Oktyabr 2026
2092
14:22 / 16 Oktyabr 2026
109
14:17 / 16 Oktyabr 2026
98
14:11 / 16 Oktyabr 2026
595
14:06 / 16 Oktyabr 2026
93
14:05 / 16 Oktyabr 2026
98
14:04 / 16 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.