Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76563
az

İki zamin varsa, krediti hansı ödəməlidir? - Hüquqi yardım

23:1615 Noyabr, 2022
122
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu kredit borcu ilə bağlıdır.

Kredit borcuna görə 2 zamin olduğu halda, borc təkcə birinə yönləndirilə bilərmi?

Hüquqşünas Mehran Əmirli məsələ ilə bağlı saytımıza açıqlama verib:

"Mülki qanunvericiliyə əsasən, zaminlik müqaviləsi ilə zamin borclunun bank qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu öhdəliyini icra etmədikdə, zamin və borclu bank qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Adətən müraciətdə qeyd edilən hallar zaminlər fərqli rayon qeydiyyatında olanda baş verir. Könüllü icra müddətində icra sənədi icra edilmədikdə, icra məmuru borclunun əmlakının müəyyən olunması istiqamətində tədbirlər görür. Borcluya məxsus əmlak müəyyən edilmədikdə, icra sənədi icra olunması üçün borclunun əmək haqqına və ya digər gəlirlərinə yönəldilə bilər. Borc məbləği əsas borcludan və zaminlərdən müştərək qaydada tutulmalı olduğundan, icra məmuru zaminin iş yerini müəyyən edərsə, icra sənədini icra olunması üçün aidiyyəti üzrə onun iş yerinə göndərə bilər”.

Hüquqşünas eyni zamanda qeyd edib ki, bu məsələdə zaminin borcludan kreditora ödənilmiş məbləği tələb etmək hüququ var. Belə ki, Mülki Məcəllənin 475-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boşananda hansı halda ər-arvadın birinə artıq pay düşə bilər?
Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər