Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74661
az

Sinif yoldaşını döyən 9-cu sinif şagirdi cinayət məsuliyyəti daşımır  - Vəkildən açıqlama

18:4104 Oktyabr, 2022
299
HÜQUQ
  • A

Sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb. Hadisə Bakıda 112 saylı orta məktəbdə baş verib.

Məktəbdən verilən məlumatda bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər sentyabrın 30-da tənəffüs zamanı baş verib:

"Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Femida.az məəslənin hüquqi tərəfini aydınlaşdırmaq məqsədi ilə vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb. Vəkilin sözlərinə görə, 9-cu sinif şagirdi 16 yaşına çatmadığından cinayət məsuliyyətinə cəlb edilməyəcək.


Vəkil Sadiq Əfəndiyev mövzu ilə bağlı bunları bildirib:

Məlum görüntüdə bir şagirdin digər şagird üzərində həm zorakılıq, həm də alçaldıcı hərəkətlərini müşahidə edirik. Alçaldıcı ona görə ki, zorakılıq hərəkətlərini törədən şagird öz hərəkətlərini videoçəkilişlə və kənar şəxslərə nümayiş etdirməklə, kənar şəxslərin - sinif yoldaşlarının, hətta qız sinif yoldaşlarının gözü qarşısında müqavimət göstərməyən bir şagirdə boks döşəyinə vururmuş kimi zərbələr endirir. Təbii ki, bu hərəkətlərin təhsil ocağında uşaq hesab edilən şagirdlər arasında baş verməsi bizi daha da təəssüfləndirir.
Məsələnin hüquqi tərəfinə gəldikdə qeyd etmək lazımdır ki, törədilən əməl daha çox xuliqanlıq cinayətinə uyğundur. Çünki əməl sahibi ictimai qaydalara, əxlaq və mənəviyyat normalırına açıq-aşkar etinasızlıq göstərir, qanunun dili ilə desək cəmiyyətə açıqca hörmətsizlik ifadə edir. Lakin hazırda qüvvədə olan Cinayət Məcəlləsinə görə bu cür əməllərə görə yalnız 16 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. Ona görə də barəsində danışılan 9-cu sinif şagirdi 16 yaşı olmadığından cinayət məsuliyyətinə cəlb edilməyəcəkdir. Bununla belə bu kimi faktlar aşkar edildiyi halda qanunvericliyə uyğun olaraq müvafiq dövlət qurumları tərəfindən faktla bağlı araşdırma aparılaraq profilaktiki təbirlərlər həyata keçirilməklə hüquq pozuntusunu törətmiş şəxsin barəsində üzr istəmək və xəbərdarlıq etməkdən tutmuş xüsusi təlim-tərbiyə müəssisəsinə göndərməyə kimi hüquqi məsuliyyətin bir növü olan intizam təsir tədbirləri görülə bilər.
Onu da nəzərə alaq ki, video çəkilişdə hüquq pozuntusunun törədilməsinə kənardan təhrikedici hərəkətlər də qeydə alınmışdır. Ona görə də kənardan qızışdırıcı mövqe tutaraq təhrikedici hərəkətlərə yol vermiş şagirdlərin də barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsini məqəsədəmüvafiq hesab edirəm.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Borca görə 15 dostunu  zəhərləyib   ÖLDÜRDÜ