Nəsimi Musayevdən XƏBƏR VAR
26 Oktyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
901
26.06.2022, 14:57
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Oxu24.com xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Cinayət Məcəlləsinin 263-1-ci və İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Məmmədovun, Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi A.Xudiyevin, Daxili İşlər Nazirliyi və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mülahizələri, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti S.Əliyevin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.
Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərin “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin tələblərinin yerinə yetirilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilməsi Dövlət Miqrasiya Xidmətinə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
22:04 / 26 Oktyabr 2026
53
22:02 / 26 Oktyabr 2026
49
21:58 / 26 Oktyabr 2026
48
21:53 / 26 Oktyabr 2026
58
21:44 / 26 Oktyabr 2026
53
21:32 / 26 Oktyabr 2026
56
21:30 / 26 Oktyabr 2026
61
21:05 / 26 Oktyabr 2026
755
21:02 / 26 Oktyabr 2026
74
20:56 / 26 Oktyabr 2026
76
20:30 / 26 Oktyabr 2026
78
20:26 / 26 Oktyabr 2026
78
20:17 / 26 Oktyabr 2026
77
20:07 / 26 Oktyabr 2026
97
19:57 / 26 Oktyabr 2026
67
19:43 / 26 Oktyabr 2026
92
19:17 / 26 Oktyabr 2026
77
19:00 / 26 Oktyabr 2026
79
18:47 / 26 Oktyabr 2026
92
18:36 / 26 Oktyabr 2026
108
18:20 / 26 Oktyabr 2026
89
18:10 / 26 Oktyabr 2026
87
17:45 / 26 Oktyabr 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.