Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56531
az

Qadınlara hamiləlik müddətində nə qədər məzuniyyət verilir?- Hüquqi yardım 

18:2115 İyul, 2021
505
HÜQUQ
  • A

Qadınlara hamiləlik müddətində doğuşdan 70 gün əvvəl məzuniyyət hüququ verilməlidir.

Oxu24.com xəbər  verir  ki, Bunu ARB24-ün “Azworks” verilişinə açıqlamasında vəkil İntiqam Hacıyev deyib. O bildirib ki, qadınlara hamiləlik müddətində və doğuşdan sonra sosial məzuniyyət verilməlidir:

“Eyni zamanda uşaqların təminatları ilə bağlı qismən ödənişli sosial  məzuniyyətlər də olur. Bu gün praktikada 70 günlük məzuniyyətdən  istifadə edən işçilərin sayının kifayət qədər az olduğunu görürük.

Hətta doğuşa 1 həftə qalanadək işləyirlər. Bu, onların özü və dünyaya gələcək uşağın sağlamlığı üçün təhlükəlidir. Sosial məzuniyyətə çıxmaq istəyən işçi işəgötürənə ərizə ilə müraciət etməli və işəgötürənin də vəzifəsidir ki, doğuşdan əvvəl 70 gün, doğuşdan sonra isə 56 gün ona məzuniyyət versin.

56  gün bitdikdən sonra əlavə müddətə ehtiyac olarsa, ananın hüququ var ki, qismən ödənişli sosial məzuniyyətə çıxsın. Artıq uşağın 3 yaşına kimi qanunvericilikdə ananın işə gəlməmək hüququ var. Lakin onlar maaşını tam deyil, qismən alacaqlar.

İşçi bu 3 illik məzuniyyəti hissə-hissə də götürə bilər. Məzuniyyət dövründə isə işəgötürən işçini işdən çıxara, əməkhaqqısını aşağı sala və vəzifəsini dəyişə bilməz” 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi