Qaynar xətt:

(+99450) 247 90 86

Tələbə rektora qalib gəldi - Slavyan Universitetində sensasion olay

HÜQUQ

2464

28.03.2018, 11:32

\"\" Bakı Slavyan Universitetinin bir neçə əcnəbi tələbəsinin universitetdən xaric olunması mübahisəsi barədə məlumat vermişdik. Universitetdən xaric olunma təhlükəsi ilə üzləşən Magistratura şöbəsinin II kurs magistrantı İsmayılova Aysel Xanbaba qızı  müraciət etmişdi. Oxu24.com xəbər verir ki, Aysel İsmayılovanın hüquqlarını müdafiə edən hüquqşünas Ellada Bayramovanın Femida.az -a verdiyi məlumata görə, tələbələrin universitetdən xaric olunma məsələsi artıq müsbət həllini tapıb. Onun sözlərinə görə,bununla bağlı artıq Təhsil Nazirliyinin rəsmi məktubu universitetə göndərilib.Tələbələr bundan sonra da təhsilini universitetdə davam etdirəcək. Xatırladaq ki,bir neçə tələbə miqrasiya məsələsinə görə universitetdən xaric olunmaq təhlükəsi ilə qarşılaşmışdı. Oxu24.com