Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
BÜTÜN XƏBƏRLƏR
34942
az

Hərbi Prokurorluqda struktur dəyişikliyi olub, yeni təyinatlar var - SİYAHI

16:1108 İyul, 2020
810
HÜQUQ
  • A

Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinin icrası ilə bağlı məhkəmə-hüquq sistemində, o cümlədən Baş Prokurorluqda aparılan islahatlar Hərbi prokurorluğu da əhatə edib.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması, habelə Baş Prokurorluğun strukturuna uyğunlaşdırılmasını təmin etmək məqsədilə Baş prokuror tərəfindən Hərbi Prokurorluğun yeni strukturu təsdiq edilib və buna uyğun təyinatlar həyata keçirilib.

Hərbi Prokurorluğun strukturu mahiyyətcə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarə və şöbələr yaradılıb, idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, bəzi idarələr və şöbələr ləğv edilərək onların bazasında Kriminalistika və informasiya texnologiyaları, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar  idarələri, Təşkilat və icraya nəzarət, Hüquqi təminat və insan hüquqları məsələləri, Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri yaradılıb. 

Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Fuad Məmmədova Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsi həvalə edilmiş, Bəhruz Əhmədov İstintaq idarəsinin, Emil Kərimov Kriminalistika və informasiya texnologiyaları idarəsinin, Natiq Həsənov Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin, Emil Tağıyev Xüsusi istintaq, Mehdi Hüseynzadə İstintaqa nəzarət, Səfər Əhmədov Dövlət ittihamının müdafiəsi,  Rövşən Əfəndiyev Təşkilat və icraya nəzarət, Səməd Əliyev Hüquqi təminat və insan hüquqları məsələləri, Nahid Şıxəliyev Sənədlərlə və müraciətlərlə işin təşkili, Emil Xankişiyev Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Elmir Süleymanlı Kadrlar şöbəsinin rəisi vəzifələrinə, Ağakişi Acalov isə İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin ediliblər.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə, Şöhrət Qəhrəmanova Şəmkir hərbi prokuroru vəzifəsinin icrası həvalə edilmiş, Samir Əzimzadə Bakı hərbi prokurorunun müavini, Camal Məmmədov Tərtər hərbi prokurorunun müavini, Elçin Quliyev isə Şəmkir hərbi prokurorunun müavini vəzifələrinə təyinat alıblar.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində islahatlar davam etdirilir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil