Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com -a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev tutduğu vəzifədən azad edilərək idarənin Yol-Patrul Xidməti şöbəsinə rəis təyin edilib.
Nazirin imzaladığı digər əmrlə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rüfət Quliyev Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Oxu24.com
ŞƏRHLƏR