Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18655
az

"Bəli, mən demişəm ki, bu sözü sənə yedirdəcəm!"- Şəfiqə Nağıyevadan AÇIQLAMA

09:0905 Oktyabr, 2019
1385
HÜQUQ
  • A
 
"Mən tək vəkil deyiləm, həm də azərbaycan vətəndaşıyam. Əgər, bu gün mən öz şərəf və ləyaqətimi qoruya bilmirəmsə, başqasının şərəfini necə qoruya bilərəm?"

Bu sözləri tanınmış hüquqşünas Şəfiqə Nağıyeva Sonxeber.az-a açıqlamasında deyib.

Qeyd edək ki, ötən gün vəkil barəsində xoşagəlməz fikirlər səsləndirilib. Bildirilib ki, hüquqşünas qismində ekspertlik edən vəkil Şəfiqə Nağıyevanın "Elgizlə izlə" proqramında eks həyat yoldaşı ilə problem yaşayan qadınla mübahisəsi düşüb və mübahisə zamanı tərəflər bir-birini təhqir edib. Mübahisə zamanı Ş.Nağıyeva efirdə qarşı tərəfə "O tərbiyəsiz sözləri sənə yedirdəcəm"sözləri ilə hədələyib.



Daha sonra qeyd edilir ki, o, məhz kobud ifadələrinə görə ötən mövsüm "Səni axtarıram" verilişindən kənarlaşdırılıb.
Məsələ ilə bağlı hüquqşünasın fikirlərini öyrəndik. O, bu yazının sifarişli olduğunu qeyd edərək piyar xarakter daşıdığını qeyd edib:
"Kim ağlına nə yerləşdi, onu da götürüb yazır. O yazı sifarişli yazıdır. O qadın məndən üzr istədi. Bəs onu yazan o niyə yazmır ki, həmin qadın efirdə dedi ki, məni bağışla, səhv etmişəm? Onu da yazaydı də! And içib e jurnalist... O həqiqəti yazmalıdır. Sifarişlə yazı yazmalı deyil".

Vəkil "təhqir" məsələsinə də aydınlıq gətirib:

"Məsələ ondan ibarətdir ki, həmin qadın məni verilişdən kənar tərbiyəsiz söyüşlə təhqir etmişdi. İnanın, o əxlaqsız söz kimin haqqında deyilsəydi o təbii ki, həmin an məhkəməyə müraciət edərdi. Bəli, mən dedim ki, səni məhkəməyə verəcəm və o dediyin sözü sənə yedizdirəcəm. Mən onu həm xüsusi ittiham qaydası ilə, həm də mülki məcəllənin 23- cü maddəsi ilə məhkəməyə müraciət edə bilərəm. Əgər, etsəydim o yüksək məbləğdə cərimə olunacaqdı. Çünki, onun söyüşü heç bir əxlaqa sığmayan bir sözdür".
Hüquqşünas onun haqqında səsləndirilən digər bir fikrə, yəni "Səni axtarıram" layihəsindən kənarlaşdırılması haqqında da açıqlama verib:

"Mən "Səni axtrıram" verilşindən özüm getmişəm. Heç kim mənə deməyib ki, sən burdan get ya getmə. Müəyyən səbəblər olub, mən özüm getmişəm. Senytabrda məni dəvət etdilər. Şərtimiz oldu, o şərti onlar qəbul etmədi və mən də getmədim".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...