Ər evində yaşayan qız ata evindən qeydiyyatdan çıxarıla bilərmi? – Vəkildən AÇIQLAMA
09 Oktyabr 2026, 14:10
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
54
09.10.2026, 13:41
Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ədliyyə Nazirliyi və Türkiyə Barolar Birliyinin dəvəti ilə İstanbul şəhərində keçirilən Beynəlxalq Ədalət Sammitində iştirak edib.
Bu barədə Oxu24.com-a Kollegiyadan məlumat verilib.
Bildirilib ki, səfərdə Kollegiya sədri Anar Bağırovla yanaşı, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev də iştirak edib.
Tarixi Çırağan Sarayında "Ədalətin gələcəyi: bəşəriyyət naminə ortaq məsuliyyət" mövzusunda təşkil olunan Sammit dünyanın 40-dan çox ölkəsindən ədliyyə nazirlərini, məhkəmə orqanlarının yüksək vəzifəli nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini, tanınmış akademikləri, vəkilləri və hüquqşünasları bir araya gətirib. Tədbir müasir ədalət sistemlərinin qarşılaşdığı aktual problemlərin müzakirəsi və bu sahədə beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.
Sürətli texnoloji dəyişikliklər, artan təhlükəsizlik çağırışları və mürəkkəbləşən transsərhəd hüquqi məsələlər fonunda keçirilən Sammitin əsas məqsədi beynəlxalq dialoq və əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşıdakı illərdə ədalət sistemlərinin üzləşəcəyi çağırışlar və imkanlarla bağlı ortaq yanaşmaların formalaşdırılması olub.
Tədbir çərçivəsində hüquq və ədliyyə sahəsinin müasir gündəliyində yer alan məsələlər səkkiz əsas istiqamət üzrə təşkil edilən panellərdə müzakirə olunub.
Açılış mərasimində Türkiyənin ədliyyə naziri Akın Gürlek çıxış edərək iştirakçıları salamlayıb və ədliyyə sahəsinin aktual məsələlərinin, eləcə də gələcək perspektivlərinin müzakirəsi baxımından belə beynəlxalq platformaların əhəmiyyətini vurğulayıb.
VK sədri Anar Bağırov panel müzakirələri zamanı vəkillik peşəsinin müstəqilliyinin hüququn aliliyi, insan hüquqlarının müdafiəsi və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi üçün fundamental təminat olduğunu vurğulayıb. Sədr qeyd edib ki, bu müstəqilliyin qorunması yalnız ayrı-ayrı dövlətlərin və milli vəkillər qurumlarının deyil, həm də regional və beynəlxalq peşə təşkilatlarının ortaq məsuliyyətidir.
Hüquqi təminatlardan danışarkən Anar Bağırov ötən il "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklərin vəkil-müvəkkil münasibətlərində məxfiliyin qorunması və peşə təminatlarının gücləndirilməsi baxımından əhəmiyyətini söyləyib. Sədr qanun layihəsi ilə bağlı dəyərli rəy və tövsiyələrinə görə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) töhfəsini də yüksək qiymətləndirib.
Anar Bağırov VK-nın Türkiyə Barolar Birliyi ilə dostluq münasibətlərinə toxunaraq, təcrübə mübadiləsinin, o cümlədən vəkilliyə qəbul mexanizmləri sahəsində əməkdaşlığın praktik nəticələrini qeyd edib. Vəkillik peşəsinin dayanıqlı inkişafı üçün maliyyə müstəqilliyinin də mühüm əhəmiyyət daşıdığını bildirən sədr Türkiyə təcrübəsindən bəhrələnərək Azərbaycanda vəkil markası sisteminin tətbiqinin VK-nın institusional inkişafına və sosial təşəbbüslərin dəstəklənməsinə imkan yaratdığını söyləyib. Türkiyə də qəbul imtahanı mexanizmi hazırlayarkən Azərbaycanın təcrübəsindən istifadə etdiyini nəzərə çatdırılıb.
Anar Bağırov Türk dövlətlərinin vəkillər birliyi arasında əlaqələrin institusional əsasda inkişaf etdirilməsinə də diqqət çəkib. Sədr vahid Türk Dövlətləri Vəkillər Kollegiyaları Birliyinin yaradılmasının əhəmiyyətini qeyd edərək, bu istiqamətdə Türkiyə Barolar Birliyi ilə birgə iş aparıldığını bildirib.
Çıxış zamanı rəqəmsallaşma, süni intellekt, fərdi məlumatların qorunması və kibertəhlükəsizlik məsələləri barədə də danışılıb. Sədr yeni texnologiyaların vəkillik peşəsi üçün imkanlarla yanaşı, əlavə məsuliyyətlər də yaratdığını, rəqəmsal mühitdə peşə sirrinin və müdafiə hüququnun qorunmasının xüsusi əhəmiyyət daşıdığını deyib.
Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Sammitin yekununda iştirakçıların şərəfinə rəsmi ziyafət təşkil olunub.
Qeyd edək ki, Sammitdə Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov və Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdikləri nümayəndə heyətləri də iştirak ediblər.
14:18 / 09 Oktyabr 2026
27
14:15 / 09 Oktyabr 2026
37
14:10 / 09 Oktyabr 2026
32
14:01 / 09 Oktyabr 2026
420
13:58 / 09 Oktyabr 2026
48
13:45 / 09 Oktyabr 2026
60
13:44 / 09 Oktyabr 2026
45
13:34 / 09 Oktyabr 2026
181
13:31 / 09 Oktyabr 2026
68
13:27 / 09 Oktyabr 2026
68
13:13 / 09 Oktyabr 2026
171
13:10 / 09 Oktyabr 2026
70
13:03 / 09 Oktyabr 2026
81
13:00 / 09 Oktyabr 2026
65
13:00 / 09 Oktyabr 2026
87
12:55 / 09 Oktyabr 2026
76
12:54 / 09 Oktyabr 2026
1670
12:50 / 09 Oktyabr 2026
70
12:47 / 09 Oktyabr 2026
102
12:37 / 09 Oktyabr 2026
96
12:35 / 09 Oktyabr 2026
85
12:27 / 09 Oktyabr 2026
87
12:15 / 09 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.