Məhkəmə Sevinc Hüseynovaya "yox" dedi -Fərmanqızının xeyrinə QƏRAR
28 Oktyabr 2026, 23:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
248
08.10.2026, 12:21
Kimisə kredit götürərkən dəstəkləmək üçün zamin olmaq sadə bir formal prosedur kimi görünə bilər.
Halbuki borcalan öhdəliyini yerinə yetirmədikdə zamin üçün də maliyyə məsuliyyətinin yaranması mümkündür. Yəni yaxın adama dəstək üçün zamin olmağınız sonda sizin üçün problemə çevrilə bilər. Bəs zaminlik verməzdən əvvəl hansı məqamları mütləq nəzərə almaq lazımdır?
Oxu24.com xəbər verir ki,bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, kreditə zamin olmaq istəyən şəxs ilk növbədə müqavilədə göstərilən kreditin məbləğinə, müddətinə və faiz dərəcəsinə diqqət yetirməlidir:
“Xüsusilə söhbət kredit xəttindən gedirsə, bu məqam daha böyük əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, zamin olan şəxslər kredit xətti ilə birdəfəlik verilən kredit arasındakı fərqi bəzən nəzərə almırlar. Məsələn, kredit xətti müqaviləsində 100 min manat limit müəyyənləşdirilib və müqavilənin müddəti 10 il göstərilibsə, zamin həmin şəxsin yalnız bir dəfə 100 min manat götürəcəyini düşünməməlidir.
Kredit xətti olduğu halda borcalan müqavilənin qüvvədə olduğu müddət ərzində müəyyən edilmiş limit çərçivəsində vəsaitdən yenidən istifadə edə bilər. Bu isə o deməkdir ki, zaminin məsuliyyəti də yalnız ilk götürülən məbləğlə məhdudlaşmaya və müqavilənin müddəti boyunca davam edə bilər”.
Ekspert onu da əlavə edib ki, kredit xəttinin olub-olmamasından asılı olmayaraq, zamin müqavilənin müddətini də diqqətlə nəzərdən keçirməlidir:
“Çünki öhdəliyin müddəti zaminin məsuliyyətinin nə qədər davam edəcəyini müəyyən edən əsas məqamlardan biridir. Kreditin əsas məbləği və faiz dərəcəsi ilə yanaşı, müqavilədə nəzərdə tutulan cərimə və digər ödənişlər də diqqətdən kənarda qalmamalıdır. Borcalanın öhdəliyini vaxtında yerinə yetirməməsi müəyyən hallarda zamin üçün də maliyyə məsuliyyəti yarada bilər.
Bu səbəbdən zaminlik verməzdən əvvəl müqavilənin bütün şərtlərini, xüsusilə kreditin növünü, limitini, müddətini, faizlərini və mümkün cərimələri ətraflı şəkildə nəzərdən keçirmək vacibdir”.
23:33 / 28 Oktyabr 2026
1
23:20 / 28 Oktyabr 2026
33
23:19 / 28 Oktyabr 2026
69
23:14 / 28 Oktyabr 2026
37
23:10 / 28 Oktyabr 2026
44
22:50 / 28 Oktyabr 2026
680
22:45 / 28 Oktyabr 2026
72
22:37 / 28 Oktyabr 2026
68
22:33 / 28 Oktyabr 2026
64
22:29 / 28 Oktyabr 2026
343
20:59 / 28 Oktyabr 2026
81
20:36 / 28 Oktyabr 2026
104
20:29 / 28 Oktyabr 2026
87
20:26 / 28 Oktyabr 2026
84
20:25 / 28 Oktyabr 2026
72
20:23 / 28 Oktyabr 2026
117
20:20 / 28 Oktyabr 2026
142
20:18 / 28 Oktyabr 2026
707
20:16 / 28 Oktyabr 2026
85
20:14 / 28 Oktyabr 2026
101
20:13 / 28 Oktyabr 2026
98
19:57 / 28 Oktyabr 2026
88
19:41 / 28 Oktyabr 2026
278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.