“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18 Sentyabr 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
58
18.09.2026, 11:40
2026-cı il 16–18 sentyabr tarixlərində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Asiya və Sakit okean regionu ölkələri Ali Məhkəmələri sədrlərinin 20-ci Konfransında iştirak edib.
Ali Məhkəmədən Oxu24.com-a verilən xəbərə görə, konfrans çərçivəsində məhkəmə hakimiyyətinin rolu, məhkəmə və hüquq sahəsində süni intellektdən istifadə, hakimlərin təlim və təhsilinin müasir çağırışlara uyğunlaşdırılması, məhkəmələrə ictimai etimadın gücləndirilməsi, media ilə əlaqələr, məhkəmə müstəqilliyinin qorunması, arbitrajın inkişafı və digər aktual məsələlər müzakirə olunub.
İnam Kərimov “Məhkəmə hakimiyyətinin rolu – müxtəlif yurisdiksiyalardan fərqli baxışlar” mövzusunda keçirilən müzakirə sessiyasında məruzə ilə çıxış edib. Çıxış zamanı ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları və məhkəmə sisteminin müasir çağırışlara uyğun inkişafı barədə konfrans iştirakçılarına məlumat verilib. Həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə xidmətlərinin əlçatanlığının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Azərbaycanın məhkəmə sisteminin qarşısında duran müasir çağırışların həllində beynəlxalq əməkdaşlığın mühüm rolu diqqətə çatdırılıb.
Sessiyada müxtəlif ölkələrin məhkəmə sistemlərinin təcrübəsi, məhkəmə hakimiyyətinin müasir cəmiyyətdə rolu və qarşıda duran çağırışlar müzakirə olunub.
Səfər çərçivəsində İnam Kərimov Koreya Respublikası Ali Məhkəməsinin sədri Jo Hee-de, Latviya Respublikası Ali Məhkəməsinin sədri Aigars Strupis, Çex Respublikası Ali Məhkəməsinin sədri Petr Angyalossy və Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Ömer Kerkez ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, məhkəmə sistemlərinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
12:28 / 18 Sentyabr 2026
1
12:18 / 18 Sentyabr 2026
76
12:11 / 18 Sentyabr 2026
31
12:09 / 18 Sentyabr 2026
34
12:01 / 18 Sentyabr 2026
45
12:00 / 18 Sentyabr 2026
55
11:52 / 18 Sentyabr 2026
135
11:41 / 18 Sentyabr 2026
72
11:35 / 18 Sentyabr 2026
62
11:31 / 18 Sentyabr 2026
113
11:30 / 18 Sentyabr 2026
140
11:30 / 18 Sentyabr 2026
56
11:27 / 18 Sentyabr 2026
69
11:23 / 18 Sentyabr 2026
258
11:17 / 18 Sentyabr 2026
61
11:05 / 18 Sentyabr 2026
70
11:00 / 18 Sentyabr 2026
89
10:57 / 18 Sentyabr 2026
73
10:50 / 18 Sentyabr 2026
183
10:49 / 18 Sentyabr 2026
57
10:47 / 18 Sentyabr 2026
57
10:24 / 18 Sentyabr 2026
917
10:22 / 18 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.