Təzə binadan ev alanlara VACİB XƏBƏR: Çıxarış almaq üçün...
27 Oktyabr 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
364
17.09.2026, 13:20
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın öldüyü avtomobil qəzası ilə bağlı təqsirləndirilən Nuran Abdurrahmanovun cinayət işindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkənin hüquqi varisi tərəfindən verilən şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Binəqədi rayon Məhkəməsimin hökmünə əsasən, Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 22-də Pirşağı-Novxanı yolunun Bakı şəhəri Binəqədi rayonunun Görədil bağlar massivi ərazisində baş verib. Belə ki, Nuran Abdurahmanov idarə etdiyi "Samand Soren" markalı dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olan Yadigar Babayevin idarə etdiyi "Nissan Sunny" markalı dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağında qarşı-qarşıya toqquşub və nəticədə "Nissan Sunny" markalı dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Aynur Rzayevanın ağır xəsarətlər alaraq ölümünə səbəb olub. Sürücü Yadigar Babayev qəza nəticəsində ağır bədən xəsarətləri alsa da, onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi başlanılıb, Nuran Abdurahmanov Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Qəzada həyatını itirən Aynur Rzayevanın atası Tapdıq Rzayev Ermənistanın Azərbaycana qarşı işğalı zamanı Kərkicahan uğrunda gedən döyüşlərdə şəhid olub.
01:39 / 28 Oktyabr 2026
142
01:33 / 28 Oktyabr 2026
95
00:25 / 28 Oktyabr 2026
101
00:10 / 28 Oktyabr 2026
4636
23:47 / 27 Oktyabr 2026
143
23:45 / 27 Oktyabr 2026
99
23:34 / 27 Oktyabr 2026
94
23:19 / 27 Oktyabr 2026
118
23:04 / 27 Oktyabr 2026
294
22:48 / 27 Oktyabr 2026
97
22:46 / 27 Oktyabr 2026
205
22:44 / 27 Oktyabr 2026
85
22:41 / 27 Oktyabr 2026
94
22:39 / 27 Oktyabr 2026
320
22:37 / 27 Oktyabr 2026
111
22:24 / 27 Oktyabr 2026
134
22:21 / 27 Oktyabr 2026
94
22:03 / 27 Oktyabr 2026
492
21:55 / 27 Oktyabr 2026
89
21:46 / 27 Oktyabr 2026
93
21:33 / 27 Oktyabr 2026
855
21:14 / 27 Oktyabr 2026
777
21:09 / 27 Oktyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.