Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq
05 Oktyabr 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
171
15.09.2026, 10:53
Yetkinlik yaşına çatmayanı cinayətə sövq edənin məsuliyyətə cəlb olunması üçün konkret səbəblər olmalıdır.
Oxu24.com xəbər verir ki, bu barədə Ali Məhkəmənin Cinayət kollegiyası tərəfindən yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Belə ki, cinayət işi üzrə müəyyən edilmiş işin hallarına əsasən, yetkinlik yaşına çatmayan şəxs əvvəllər götürdüyü mobil telefonu qaytarmaq adı ilə zərərçəkmişi görüşə çağırıb, yanında olan yetkin şəxsə zərərçəkmiş barədə məlumat verərək ondan pul almağı təklif etmişdir. Daha sonra hər iki şəxs əvvəlcədən razılaşaraq zərərçəkmişi təmirdə olan kafenin yaxınlığına aparmış, orada zərərçəkmiş şəxsi bıçaqla hədələyərək, ona fiziki zor tətbiq etməklə, pul və digər əmlakı ələ keçiriblər
Aşağı instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmış şəxs quldurluqla yanaşı, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə də təqsirli bilinib məhkum edib. Məhkum kassasiya şikayətində yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmədiyini və bu səbəbdən əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığını bildirib.
İşi araşdıran Ali Məhkəmə qeyd edib ki, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxslə birlikdə cinayət törətməsi faktı öz-özlüyündə onun həmin şəxsi cinayətkar fəaliyyətə cəlb etməsi anlamına gəlmir. Yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməyə görə məsuliyyətin yaranması üçün yetkin şəxsin onu cinayət törətməyə sövq edən konkret hərəkətlər etməsi müəyyən olunmalıdır. ğ
Qanuna əsasən, belə təsir aldatma, vədlər vermə, hədə-qorxu, zor tətbiq etmə və ya zor tətbiq etmək hədəsi formasında ola bilər. Başqa sözlə, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsdə cinayət törətmək niyyəti və qətiyyəti yaratmağa yönəlmiş fiziki və ya psixoloji təsir göstərməsi sübuta yetirilməlidir. Əgər belə təsirin olması sübuta yetirilmirsə, yalnız yetkin və yetkinlik yaşına çatmayan şəxslərin cinayəti birlikdə törətmələri Cinayət Məcəlləsinin 170-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
Ali Məhkəmə işin hallarını araşdıraraq müəyyən edib ki, yetkin şəxs yetkinlik yaşına çatmayan tanışını cinayət törətməyə sövq etməmişdir. Onun yetkinlik yaşına çatmayan şəxsi aldatması, ona qazanc və ya başqa vədlər verməsi, hədə-qorxu gəlməsi, zor tətbiq etməsi və yaxud zor tətbiq etməklə hədələməsi iş üzrə sübuta yetirilməyib. Əksinə, iş üzrə müəyyən edilmiş hallara görə, zərərçəkmişdən pul almaq təklifini irəli sürən, onu mobil telefonunu qaytarmaq adı ilə görüşə çağıran və bununla da quldurluq cinayətinin törədilməsi təşəbbüsü ilə çıxış edən məhz yetkinlik yaşına çatmayan şəxs olub.
İş üzrə məhkum edilmiş şəxsin qanunda göstərilən üsullardan hər hansı biri ilə yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməsi təsdiq olunmadığından, Ali Məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığı nəticəsinə gəlib.
23:49 / 05 Oktyabr 2026
81
23:42 / 05 Oktyabr 2026
38
23:42 / 05 Oktyabr 2026
79
23:32 / 05 Oktyabr 2026
77
23:22 / 05 Oktyabr 2026
75
22:49 / 05 Oktyabr 2026
74
22:33 / 05 Oktyabr 2026
105
22:23 / 05 Oktyabr 2026
96
22:09 / 05 Oktyabr 2026
105
22:02 / 05 Oktyabr 2026
116
21:57 / 05 Oktyabr 2026
87
21:53 / 05 Oktyabr 2026
269
21:50 / 05 Oktyabr 2026
3879
21:45 / 05 Oktyabr 2026
2368
21:40 / 05 Oktyabr 2026
77
21:37 / 05 Oktyabr 2026
70
21:26 / 05 Oktyabr 2026
72
21:18 / 05 Oktyabr 2026
78
21:11 / 05 Oktyabr 2026
71
21:05 / 05 Oktyabr 2026
97
20:59 / 05 Oktyabr 2026
112
20:53 / 05 Oktyabr 2026
97
20:50 / 05 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.