Azərbaycanda bunu edənlər 500 manat cərimələnəcək — VİDEO
12 Aprel 2025, 14:13
Qaynar xətt:
(+99450) 247 90 86Məmurlar bu halda cərimələnəcək - MƏBLƏĞ
HÜQUQ
272
03.03.2025, 11:15
İcra icraatı üzrə nağd ödəniş qadağan olunur, tələbi pozan məmurlar cərimələnəcək.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, “İcra məmurları haqqında” qanuna təklif olunan dəyişikliyə görə, icra xidmətinin icra məmurunun vəzifələri sırasına icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirmək daxil edilir.
Həmçinin oxuyun
“İcra haqqında” qanuna icra xidmətinin depozit hesabına dair yeni - 81-1-ci maddə təklif olunur. Layihəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilməyəcək. İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandıracaq və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verəcək. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.
“Nağdsız hesablaşmalar haqqında” qanuna da müvafiq dəyişiklik olunur.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 528-2-ci maddəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
15:07 / 12 Aprel 2025
Korotçenkodan XƏBƏRDARLIQ: “İrana hücum gündəmdədir, Rusiya əlindən gələni edəcək”
18
14:59 / 12 Aprel 2025
Çərdəyi uddu, orqanın kəsib götürdülər - FOTO
24
14:47 / 12 Aprel 2025
Bayramov Mirzoyanın düz üzünə dedi: Ermənistandan fərqli olaraq...
185
14:41 / 12 Aprel 2025
İran-Azərbaycan sərhədində atışma: ölən və saxlanılan var
32
14:13 / 12 Aprel 2025
Azərbaycanda bunu edənlər 500 manat cərimələnəcək — VİDEO
331
13:55 / 12 Aprel 2025
Putin İrəvanla bağlı hərəkətə keçdi: Kiriyenka işə başladı
35
13:55 / 12 Aprel 2025
Putin 8 gün niyə yoxa çıxıb -SENSASİON İDDİALAR
258
13:52 / 12 Aprel 2025
”Mall”-da qadınların mobil telefonlarını oğurlayan şübhəlilər tutulub
34
13:43 / 12 Aprel 2025
Sabahın havası
37
13:39 / 12 Aprel 2025
Prezident İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi ilə görüşüb
36
13:23 / 12 Aprel 2025
Vəzifəli şəxs işdə öldü
40
12:52 / 12 Aprel 2025
Kremldə gizli görüş: Koçaryan Putinin kuratoru ilə nə barədə danışıb?
37
12:32 / 12 Aprel 2025
Milli Məclisdən qanunlara mühüm dəyişikliklər - detallar
49
12:00 / 12 Aprel 2025
Bu gün nüvə danışıqları aparacaqlar
41
11:35 / 12 Aprel 2025
Alça görün neçəyə satılır?
55
11:23 / 12 Aprel 2025
Prezidentin nəvələri Ərdoğanla - Foto
51
11:02 / 12 Aprel 2025
Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu gündən etibarən…
327
10:55 / 12 Aprel 2025
Azərbaycan nefti bahalaşıb
49
10:51 / 12 Aprel 2025
Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlanıb
50
10:22 / 12 Aprel 2025
Silahlar işə düşdü - Rəsmi
287
10:01 / 12 Aprel 2025
Panik atakı olanlar mütləq oxusun! — Həkim xilas yolunu açıqladı
1249
23:00 / 11 Aprel 2025
Ağ Ev ABŞ-İran danışıqlarının təfərrüatlarını açıqlayıb
101
22:00 / 11 Aprel 2025
Putin Trampın xüsusi nümayəndəsi ilə nə danışıb?
109
21:42 / 11 Aprel 2025
106 milyard dollar sərvəti var - 1 faizini övladlarına verəcək
109
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.