Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104332
az

“Fərdi vəkillərin koordinasiyası” Komitəsinin təqdimatı keçirilib

19:1613 Mart, 2024
199
HÜQUQ
  • A

Mart ayının 13-də “Badamdar Estate” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə “Fərdi vəkillərin koordinasiyası” Komitəsinin və fərdi vəkillərə elektron order, habelə digər elektron xidmətlərin təqdimatı keçirilib.

Açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, “Fərdi vəkillərin koordinasiyası” Komitəsinin fəaliyyətindən, son illər görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib, bu istiqamətdə bir sıra məsələlərə toxunub.   

Bu gün ölkədə 160 vəkilin fərdi qaydada fəaliyyət göstərdiyini deyən sədr Bakı şəhərində və regionlarda onların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmətlərdən istifadə etmək, o cümlədən vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, habelə vəkillik institutunun nüfuzunun artırılması istiqamətində görülməli olan işlər barədə tövsiyələrini verib.    

Həmçinin, Anar Bağırov “Elektron vəkil orderi”nin xidmətləri barədə danışıb, bu istiqamətdə ARVK-da bir sıra işlərin görüldüyünü və əsas məqsədin vəkillərin işinin asanlaşdırılması, vətəndaşların hüquqi yardıma çatımlılığının səmərəliliyinin artırılması, eyni zamanda, şəffaflığın artırılması olduğunu dilə gətirib.

Sonra ARVK Rəyasət Heyətinin üzvü, “Fərdi vəkillərin koordinasiyası” Komitəsinin sədri Vüqar Babayev çıxış edərək Komitənin fəaliyyətindən, bu sahədə mövcud olan bəzi problemlərindən söz açıb, onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini, o cümlədən elektron xidmətlərin əhəmiyyətini diqqətə çatdırıb.

Eyni zamanda, “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Bundan başqa, fərdi vəkillər “İnsan resurslarının elektron idarə edilməsi” və “Elektron kargüzarlıq” sistemləri barədə məlumatlandırılıb.

Daha sonra fərdi vəkillərin sualları cavablandırılıb, “Elektron vəkil orderi”, ondan istifadə vasitələri ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb.

ARVK-nın sədri Anar Bağırov “Elektron vəkillik" Komitəsinin əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyini qeyd edib, bu işlərin təkmilləşdirilməsi üçün gələcəkdə Vəkillər Kollegiyasının Akademiyasında təlimlərin keçirilməsini tövsiyə edib. 

Sonda sədr bir daha xatırladıb ki, məlum olduğu kimi, Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli iclasında, “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO