Bu halda sizə əlavə məzuniyyət veriləcək
22 Sentyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
793
03.02.2024, 22:50
Azərbaycan Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının carı ildə ilk iclası keçirilib.
Qurumdan Oxu24.com-a bildirilib ki, iclasda 19 müraciət əsasında (bunlardan 4 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 15 işə baxılıb, 3 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 12 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:
- 5 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;
- 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;
- 3 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması;
- 2 intizam işi üzrə icraata xitam verilməsinə dair məsələ qaldırılması.
Müvafiq rəy qəbul edilən işlərin 9-u fiziki şəxslərdən, 3-ü isə məhkəmələrdən daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.
Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 3-ü fiziki şəxslərin, 2-si isə məhkəmələrin müraciətləri üzrədir. Məhkəmələrdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması barədə rəy verilib.
Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən 5 intizam işindən:
- 2 intizam işi üzrə “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müqavilədə tapşırığın bir neçə ayrı-ayrı orqanlarda yerinə yetirilməsini göstərməsi və müqavilə ilə nəzərdə tutulan xidmət haqqını nağd qaydada əldə edib sonradan özü ödəməsi”;
- 1 intizam işi üzrə “vəkilin məhkəmə iclasında digər proses iştirakçısına qarşı qeyri-etik və qeyri-mədəni davranışa yol verməsi”;
- 1 intizam işi üzrə “vəkilin qabaqcadan təyin olunmuş məhkəmə iclasında hər hansı üzürlü səbəb olmadan və məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciətinə təxirə salınmanın üzürlü olması ilə bağlı sübut əlavə etmədən iştirak etməməsi”;
- 1 intizam işi üzrə “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi” halları intizam pozuntusu kimi qiymətləndirilib.
01:29 / 23 Sentyabr 2026
129
01:24 / 23 Sentyabr 2026
82
01:20 / 23 Sentyabr 2026
71
01:13 / 23 Sentyabr 2026
80
00:15 / 23 Sentyabr 2026
75
00:14 / 23 Sentyabr 2026
99
23:57 / 22 Sentyabr 2026
837
23:56 / 22 Sentyabr 2026
82
23:42 / 22 Sentyabr 2026
73
23:24 / 22 Sentyabr 2026
97
22:54 / 22 Sentyabr 2026
80
22:39 / 22 Sentyabr 2026
89
22:34 / 22 Sentyabr 2026
75
22:15 / 22 Sentyabr 2026
77
21:43 / 22 Sentyabr 2026
73
21:29 / 22 Sentyabr 2026
81
21:19 / 22 Sentyabr 2026
90
21:10 / 22 Sentyabr 2026
84
21:00 / 22 Sentyabr 2026
86
20:55 / 22 Sentyabr 2026
90
20:39 / 22 Sentyabr 2026
93
20:37 / 22 Sentyabr 2026
1099
20:15 / 22 Sentyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.