Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101703
az

Vəkillər Kollegiyasının bir qrup üzvünə dövlət təltifləri təqdim edilib

21:4525 Yanvar, 2024
487
HÜQUQ
  • A

Vəkillər Kollegiyasının bir qrup üzvünə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.

Kollegiyadan Oxu24.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Rəyasət Heyətinin sədri Anar Bağırov Prezident İlham Əliyevin sərəncamı ilə vəkilliyin inkişafındakı xidmətlərinə görə dövlət təltiflərinə layiq görülən bir qrup vəkili təbrik edib.

Sədr Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mütərəqqi məhkəmə-hüquq islahatlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu islahatlar çərçivəsində ölkəmizdə vəkilliyin inkişafına da xüsusi dəstək verildiyini deyib.

Diqqətə çatdırılıb ki, müstəqil dövlətimizin 28 dekabr 1999-cu il tarixində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” ilk Qanunun qəbul edildiyi tarix əsas götürülərək ölkə başçısının 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə “Vəkil Günü” peşə bayramı təsis olunaraq qeyd olunmağa başlanılıb.

Vurğulanıb ki, peşə bayramı münasibətilə və vəkilliyin inkişafındakı xidmətlərinə görə dövlət başçısının 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Hüseynov Əli Meybulla oğlu, Hüseynov Turqay İmanqulu oğlu, Hüseynova Esmira Hüseyn qızı, Qasımov Telman Abiəli oğlu, Quliyev Azər Şahbala oğlu, Məmmədova Leyla Polad qızı, Mustafayev Muxtar Nağı oğlu, Nəhmətov Fazil İldır oğlu, Rəsulov Arif Əmrulla oğlu, Rüstəmova Natəvan Famil qızı və Usub Elçin Arif oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

A.Bağırov sərəncamın ölkə Prezidentinin vəkillik sahəsinə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib.

Sonra mərasimdə vəkillərə mükafatları təqdim olunub.

Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə, göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Bu istiqamətdə vəkilliyin inkişafına dəstək, o cümlədən vəkillərin fəaliyyətində göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür məktubunun göndərilməsi barədə qərar qəbul olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ