Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101162
az

Azərbaycanda ən yaşlı vəkil görün kim imiş

12:2917 Yanvar, 2024
590
HÜQUQ
  • A

Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci il aralığında (14 il ərzində) 5 yazılı test imtahanı, son 6 il içində isə 12 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfəyədək artıb.

 

Oxu24.com xəbər  verir  ki, 2023-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 33 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. 25.05.2023 və 05.11.2023-cü il tarixlərdə keçirilən ixtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 601 namizəd iştirak edib və 206 nəfər müvəffəqiyyət qazanıb. Eyni zamanda, hesabat ili ərzində 338 nəfər şifahi müsahibədə iştirak edib, 271 nəfər növbəti mərhələyə keçib. Hesabat ili ərzində 252 nəfər isə vəkil andı içib. Yekunda, vəkillərin sayı artaraq 2431-ə çatıb.

05.11.2023-cü il tarixdə keçirilən imtahanda müvəffəqiyyət qazanmış 68 namizədlə isə hazırda şifahi müsahibə davam edir.

Hazırda ölkəmizdə fəaliyyət göstərən 2431 vəkildən 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir.

Ən yaşlı vəkil – Səttarova Türrə Əhəd qızı – 13.07.1936 – 87 yaş

Ən gənc vəkil – Məmmədova Nuranə Asif qızı – 22.08.1999  – 24 yaş

Eyni zamanda, ötən 6 ildə ölkəmizdə VB-lərin sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.

 

Miri 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda iki motosiklet oğurlandı