Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100926
az

Vəkillər Kollegiyasının sədri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib

21:0712 Yanvar, 2024
785
HÜQUQ
  • A

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan İbrahim Məmmədzadə ilə görüş keçirib.

 

Görüşdə layihənin idarəçi rəhbərlərindən biri olan Anar Bağırov çıxışında İbrahim Məmmədzadəni müsabiqənin qalibləri sırasında yer alması münasibətilə təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb, onun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün ARVK-nın zəruri dəstək göstəriləcəyini deyib.  

 

Sədr birillik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini, habelə öz potensialını üzə çıxarmasına kömək olacağını vurğulayıb.

 

Həmçinin, Anar Bağırov vəkillik sahəsində son illərdə aparılan köklü islahatlardan və eyni zamanda, innovasiyanın tətbiqi barədə görülən işlərdən danışıb.

 

Görüşdə çıxış edən İbrahim Məmmədzadə isə üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində ARVK-nın sədrinə yaradılan imkan və səmimi görüşə görə təşəkkürünü bildirib.

Sonda qalibə ARVK-nın fəaliyyətinə aid nəşrlər hədiyyə edilib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (//yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycanın Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qanunsuz ağac kəsməyin cəzası budur - Hüquqi yardım 
Prokurorluq nədən narazı qalıb? - Əhməd cinayətində DETALLAR
Əhməd necə azadlığa çıxa bilər? - Vəkildən AÇIQLAMA

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var