Hərbi biletdəki ehtiyata buraxılma maddəsini dəyişmək mümkündürmü? Hüquqşünasdan AÇIQLAMA
26 Oktyabr 2026, 21:30
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1510
17.04.2022, 09:49
Ukrayna Müdafiə Nazirliyi cəbhədəki durumla bağlı operativ məlumat yayıb.
Oxu24.com-un məlumatına görə, nazirlik Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumunun davam etdiyini bildirib.
“Qarşı tərəfin bölmələrinin Kursk, Bryansk və Voronej vilayətlərindən Ukraynanın digər ərazilərinə hərəkəti davam edir. Onların təminatında ciddi problemlər var. Rusiya Silahlı Qüvvələrinin birbaşa təmas xəttində yerləşən bölmələrində şəxsi heyətin narazılığı artır, mənəvi-psixoloji durum aşağı olaraq qalır.
Qarşı tərəfin hərbçiləri rotasiya çatışmazlığından, sıradan çıxan avadanlıqlardan, verilən yanacağın və qidanın keyfiyyətindən şikayətlənirlər. Volın və Polissya istiqamətlərində düşmən fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin müəyyən hissələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Severski istiqamətində Rusiya ərazisindən Çerniqov və Sumı vilayətlərində hərbi və mülki infrastruktura raket zərbələri endirilməsi və artilleriyadan atəşə tutulması ehtimalı var”.
Rəsmi informasiyaya əsasən, Slobojanski istiqamətində qarşı tərəfin şəxsi heyətinin tərkibində və mövqeyində heç bir dəyişiklik yoxdur. “Onlar Xarkov şəhərini qismən mühasirəyə almağa və onun yaşayış məntəqələrini atəşə tutmağa davam edirlər. Donetsk və Tavriya istiqamətlərində Mariupola aviazərbələr endirilir. Rusiya qoşunları dəniz limanı yaxınlığında hücum əməliyyatları həyata keçirib. 810 və 155-ci ayrı-ayrı dəniz piyada briqadalarının bölmələri desant dəniz əməliyyatı üçün hazırlanır. Hazırda məlumat dəqiqləşdirilir. Müvəqqəti işğal edilən ərazilərdə mülki əhaliyə qarşı talanlar və zorakılıq davam edir. Son sutka ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 10 hücumu dəf edilib. Həmçinin 15 tank, 24 zirehli texnika və 3 artilleriya sistemi, 1 təyyarə, 1 helikopter, 5 PUA və 6 qanadlı raket vurulub”. (report)
04:25 / 31 Oktyabr 2026
78
00:59 / 31 Oktyabr 2026
95
00:50 / 31 Oktyabr 2026
304
00:24 / 31 Oktyabr 2026
121
00:18 / 31 Oktyabr 2026
217
00:07 / 31 Oktyabr 2026
106
00:03 / 31 Oktyabr 2026
550
00:02 / 31 Oktyabr 2026
134
23:56 / 30 Oktyabr 2026
107
23:46 / 30 Oktyabr 2026
98
23:44 / 30 Oktyabr 2026
140
23:32 / 30 Oktyabr 2026
254
23:31 / 30 Oktyabr 2026
99
23:28 / 30 Oktyabr 2026
101
23:23 / 30 Oktyabr 2026
106
23:19 / 30 Oktyabr 2026
123
23:19 / 30 Oktyabr 2026
88
23:08 / 30 Oktyabr 2026
281
23:01 / 30 Oktyabr 2026
116
23:01 / 30 Oktyabr 2026
708
22:55 / 30 Oktyabr 2026
1328
22:49 / 30 Oktyabr 2026
212
22:42 / 30 Oktyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.