Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67974
az

Kiyevdə azərbaycanlı döyüşçünün həlak olmasının təfərrüatı məlum olub - VİDEO

18:0808 Aprel, 2022
230
HƏRBİ
  • A

Martın 27-də Ukraynanın paytaxtı Kiyevin müdafiəsi zamanı azərbaycanlı Elnur Həsənov ("Alik") həlak olub.

OXU24.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Karpat Seçi" könüllü dəstəsinin feysbuk səhifəsində məlumat yayılıb.

1993-cü il təvəllüdlü E.Həsənov snayper qrupunun komandiri olub, həmçinin İkinci Qarabağ müharibəsində də iştirak edib.

Həmyerlimiz Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən döyüşlərə qatılıb. Dəstənin rəsmi səhifəsində onun sözləri də qeyd olunub: "Qadınların, uşaqların, qocaların necə öldüyünü görəndə mən onları qorumalıyam. Şər hansı ölkədədirsə, hər bir insan özünü o pislikdən qorumalıdır".

E.Həsənov İrpendə Rusiya qüvvələrinin mövqelərinin kəşfiyyatı zamanı "Karpaet Seçi"nin könüllüsü David Qoberqişvili ilə birlikdə öldürülüb. Onlar minaatan mərmisinin qəlpəsindən aldıqları yara nəticəsində həlak olublar.

"Eşq olsun Elnur Həsənova! Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!", - səhifə əlavə edib

Qeyd edək ki, E.Həsənov ailəli və iki uşaq atasıdır. Onun həyat yoldaşı hamilədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib