Qaynar xətt:

(+99450) 247 90 86

Zakir Həsənov İrandadır

HƏRBİ

394

25.01.2022, 11:25

Yanvarın 25-dən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başlayıb.

Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə həyata keçirilir.

Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.

SON DƏQİQƏ! Prezident qadını yüksək vəzifəyə təyin etdi - FOTO