Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63716
az

Əbədiyyətini Şuşada qazanan şəhid - VİDEO

20:5910 Yanvar, 2022
309
HƏRBİ
  • A

O, Şuşa azad olunandan sonra yenidən doğuldu. Doğuldu ki, Azərbaycan yaşadıqca yaşasın! Doğuldu ki, Şuşamız çiçəkləndikcə onun məzarı da çiçəklənsin. O, Vətən müharibəsində iştirak edərək, torpaqlarımızın azad edilməsində payı olan qəhrəman şəhidimiz Asəf Məmmədovdur.

Şəhid Asəf Mehman oğlu Məmmədov 1995-ci il iyulun 1-də Ağstafa rayonunun Poylu qəsəbəsində doğulub.

2001-2012-ci illərdə Poylu qəsəbə tam orta məktəbində təhsil alan şəhidimiz, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olur.

Vətən müharibəsi başlayanda könüllü olaraq, ordu sıralarına qoşulan Asəf Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. İçində düşmənə qarşı nifrət hissi ilə böyüyən şəhidimiz qisas alacağı günü də gözləyirdi. Elə bu nifrətlə də mərdliklə vuruşan qəhrəmanımız göstərdiyi şücaəti ilə bir dastana çevrildi. "Bu torpaqların alınmasında zərrə qədər mənim də payım olsun" deyən Asəf noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olur. Doğulduğu Ağstafa rayonunun Poylu qəsəbəsində dəfn olunur.

OXU24.COM  RealTV-yə istinadən xəbər verir ki,indi bu məzar təkcə ailəsinin yox, bütün hərkəsin ziyarət edəcəyi bir məkana çevrilir. Qeyd edək ki, Asəf Məmmədov döyüşkərdə göstərdiyi şücaətə görə, ölümündən sonra, Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər