Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60451
az

Şuşanı fəth edərək ən böyük arzusuna çatan qəhrəman - VİDEO - FOTO

23:1001 Noyabr, 2021
265
HƏRBİ
  • A

44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Anar Nağıyev yaşasaydı, bu gün 32 yaşı olacaqdı.

OXU24.COM  AZƏRTAC-a istinadən bildirir ki, Qazax rayonunun Ürkməzli kəndində boya-boşa çatan Anar Sahib oğlu Nağıyev Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutdu, bu yolda ən uca zirvəyə - şəhidlik məqamına ucaldı.

1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olan Anar Nağıyev 1996-cı ildə Samux rayon Alıuşağı kənd tam orta məktəbin I sinfinə daxil olub. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçdüyünə görə təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbdə davam etdirib və 2007-ci ildə həmin məktəbin XI sinfini bitirib. 2008-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan üç ay sonra çavuşluq kursunu oxuyub və minaatan komandiri kursunu bitirərək çavuş rütbəsi alıb. Anar sonra gizir rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam etdirib.

Son doğum gününü Qarabağ torpağında qeyd edən Anar anası ilə hər telefon danışığında "Ana, başını həmişə uca tut" deyərmiş. Anarın anası Məlahət Nağıyeva deyir ki, o, hələ uşaq yaşlarından Vətənə bağlı idi. Ondan ötrü Vətən hər şeydən öncə gəlirdi: "Anar mərd oğul idi. Xocavənd uğrunda gedən döyüşlərdə yaralandı. Yaralı olmasına baxmayaraq, Şuşa uğrunda döyüşlərə də qatıldı. Noyabrın 8-də isə Şuşada şəhid oldu".

Anar Vətən müharibəsində döyüşdüyünü həyat yoldaşı Gülnar Nəzərovadan gizli saxlayıb. "Ən böyük arzusu Şuşanın azadlığını görmək idi. Evdə həmişə Şuşanın dağlarından söhbət açıb, bir gün o torpaqları azad edəcəklərini deyirdi. O, şəhid olandan sonra qızı dünyaya gəldi. Amma övladının üzünü görmək ona qismət olmadı", - deyə Gülnar Nəzərova bildirib.

Anar Nağıyevin 13 illik hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən də yüksək qiymətləndirilib. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalları, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" və "Qüsursuz xidmətə görə" medalları ilə təltif olunub.

Şəhidin qardaşı Fərhad Nağıyev də Vətən müharibəsində iştirak edib. Hətta tale elə gətirib ki, hər iki qardaş eyni döyüşdə düşmənə qarşı vuruşub: "Mən qardaşımla fəxr edirəm. O, igid, cəsur hərbçi olub. Biz Kəlbəcərdə görüşdük. Sonra o, başqa istiqamətdə döyüşlərə davam etdi, mən isə başqa istiqamətdə. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Anar Nağıyev Ürkməzli kənd qəbiristanlığında dəfn olunub.

Qəhrəman döyüşçü "Qarabağ" ordeni, "Vətən uğrunda", "Şücaətə görə", Şuşanın, Kəlbəcərin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ