Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4970
az

Aprel şəhidimizin doğum günü qeyd edildi - FOTOLAR

14:5703 Sentyabr, 2018
1701
HƏRBİ
  • A
 
Sentyabr ayının 1-də Şəmkir rayonunun ictimaiyyəti 2016-cı  ilin aprel ayında canını Vətən yolunda qurban verən,  Şəmkirin Düyərli kəndində doğulub boya başa çatan Altun Dəmirlinin 21 yaşını qeyd ediblər. Şəhidimiz 1 yaş da böyüyüb. Onun doğum gününə Düyərli kəndinin q və 2 saylı məktəbin müəllim və şagirdləri, Düyərli kəndinin icra nümayəndələri doğmaları və dostları toplaşıblar. Əvvəlcə şəhidimizin evində onun xatirəsi yad edilib. Sonra isə  Altun Dəmirlinin uyuduğu məzarı başında onun qısa ömür yolundan, yarımçıq qalmış arzularından danışılıb. Məktəblilər, Altun Dəmirli, aprel döyüşləri, Qarabağ həsrəti, eləcə də Vətən haqqında şerlər oxuyublar. Altun Dəmirli  atası Fərman Dəmirli də oğluna həsr etdiyi şerləri oxuyub. Və qeyd edib ki, bütün şəhidlər kimi, oğlu Altunun da ruhu çox narahtdır. Vətən uğrunda canından keçən bütün şəhidlər dşmən tapdağında olan torpaqları azad görmək üçün döyüşə atılmışdılar. Biz şəhid ailələri hər zaman dövlətimizin başçısı İlham Əliyevdən və birinci Vitse prezident Mehriban Xanım Əliyevadan qayğı görürük. Şəmkir rayonunun bütün ictimaiyyəti də  öz şəhid oğullarının xatirəsini hər zaman uca tuturlar. Lakin bizim bir problemimiz var: Vətən torpaqlarının azad olduğu günü tezliklə görmək. Yalnız o zaman, oğlumun yanına üzü ağ gedə bilərəm. Gün o gün olsun ki, onların arzuları çin olsun, uğrunda canlarını verdikləri Vətən torpaqları işğaldan azad edilsin.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aprel şəhidimizin doğum günü qeyd edildi - FOTOLAR
İlham Əliyev şəhid əsgəri medalla təltif etdi
Anam məktubu oxuyub? - Aprel  şəhidinin ürəkdağlayan mesajı

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ