Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45894
az

28 əsgərini ölümdən xilas edən şəhid mayor (VİDEO)

20:4105 Yanvar, 2021
1594
HƏRBİ
  • A

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan hərbçilərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında ölümündən sonra "Vətən uğrunda" medalı və "3-cü dərəcəli Vətənə xidmət ordeni" ilə təltif edilmiş mayor Mürsəliyev Sübhi Balamirzə oğlu da var.

OXU24.com Report-a istinadən xəbər verir ki, S.Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndində müəllim ailəsində anadan olub.

Orta məktəbi yüksək qiymətlərlə bitirən Sübhi 1997-ci ildə Bakı Dövlət Univeristetinin Sosial elmlər və psixologiya fakültəsinin İqtisadi nəzəriyyə ixtisasına qəbul olub.

Uşaqlıqdan hərbi sahəyə olan marağı, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunması fikri onu daim düşündürüb. Elə buna görə də ali məktəbi bitirdikdən sonra hərbi xidmətə zabit kimi yollanır. Elə ilk günlərdən düşmənlə üz-üzə mübarizə aparır. Hərbi xidməti boyunca daim cəbhə bölgələrində xidmət aparır. Göstərdiyi şücaətlərinə görə həmişə hərbi hissə komandirlərinin rəğbətini qazanır, savadlı, uzaqgörən zabit kimi önə çəkilir, onların diqqət mərkəzində olur. Nəticədə tez bir zamanda tağım komandirliyindən batareya komandirliyinə yüksəlir.

Hərbi xidmət dövründə cəbhənin Tərtər, Ağdam, Tovuz bölgələrində olur. 2016-cı il Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə fəallıq göstərir. Müxtəlif medallar və fəxri fərmanla təltif edilir.

Sentyabrın 27-də başlanan Vətən müharibəsində tabeliyində olan hərbi bölmələrlə düşmənin qorxulu röyasına çevrilib. Sentyabrın 30-da gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub. Zabit və əsgərlərinin dediyinə görə, ölümün gözünə mərd baxan komandir daim əsgərlərini düşünər, onların qayğısına qalarmış.

Ailəli idi, 2 oğlu, bir qızı yadigar qalıb.

S.Mürsəliyev İsmayıllı rayonunda dəfn olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO