Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44782
az

"Vətən yaxşıdır" oxuyub dastana dönən şəhid Xudayar - VİDEO

21:3021 Dekabr, 2020
588
HƏRBİ
  • A

"Şair, sorma Vətən nədən yaxşıdır?" dedi şəhid Xudayar. Elə bil bu mahnının sözlərilə dastana çevriləcəyini bilirdi. Vətən uğrunda mübarizə apararkən tək arzusu, istəyi doğma Vətən torpaqlarının yağı düşməndən azad olmasını görmək olub.

Big.az xəbər verir ki, "Report"un Qarabağ Mərkəzinin əməkdaşları Bərdə rayonunda Vətən müharibəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin yaşadığı evə baş çəkib, ailə üzvlərilə həmsöhbət olublar.

Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. Evin kiçik övladı olan Xudayarı ətrafı həmişə gülərüz biri kimi tanıyıb. Elə kiçik yaşlarından gözəl səsi olduğu üçün Bərdə şəhər 1 №li musiqi məktəbinin xanəndəlik sinfini əla qiymətlərlə bitirib. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.

Şəhidin anası deyir ki, Xudayar Ağcabədidə keçirilən Muğam müsabiqəsinin iştirakçısı olub. Sənəti və səsi ilə müsabiqənin qaliblərindən biri olsa da o, incəsənəti deyil, hərbiçi olmağı üstün tutub".

Nənəsi deyir ki, Xudayar uşaqlıqdan Şuşanın dağları mahnısını oxuyardı.

İyul hadisələri başlayandan sonra xidmət etdiyi Dövlət Sərhəd Xidmətindən könüllü ərizə yazaraq cəbhə xəttinə göndərilmək istəyini bildirir. Müharibə başlayandan sonra evlə telefon əlaqəsi saxlayan Xudayar babasına və dayısına məcburi köçkün vəsiqələrini atmalarını tövsiyə edib. Deyib ki, siz daha məcburi köçkün deyilsiniz: "İnşallah, Ağdamda görüşərik".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər