Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41707
az

İsrail Ordusu Qarabağda müharibə təcrübəsini öyrənir

08:1816 Noyabr, 2020
1494
HƏRBİ
  • A

İsrail Müdafiə Ordusunda Dağlıq Qarabağda müharibə təcrübəsini diqqətlə öyrənir, onu İsrailin müxtəlif rəqiblərlə mümkün döyüşlərinə ekstrapolyasiya edirlər.

Virtualaz.org bildirir ki, İsrail televiziya kanalındakı “12 xəbər xidməti”nin şərhçisi Ehud Yaarinin məqaləsində belə deyilir.

İsraildə hərbi kampaniyanın nəticəsinin yüksək dəqiqlikli silahdan savadlı və səmərəli istifadə hesabına Bakının xeyrinə yekunlaşması faktına xüsusi diqqət yetirilir. Buna misal olaraq Ermənistan zirehli texnikasına qarşı Azərbaycan Ordusu tərəfindən istifadə olunan, Türkiyə və İsrail istehsalı olan texnika və PUA-lar arasındakı  döyüş əlaqələri göstərilir.

Məqalədə Bakının tədarük etdiyi İsrail  pilotsuz uçuş aparatları-kamikadzelərinin yüksək effektiv fəaliyyəti vurğulanır. Onlar C-300 batareyalarını və "Qrad"yaylım atəşi sistemlərini məhv ediblər.

İsrail və Suriyanın mümkün münaqişəsi baxımından, Azərbaycan pilotsuz təyyarələrinin düşmən ərazisinin dərinliklərində aşağı hündürlüklərdən və dağlıq ərazilərdən istifadə etməsi xüsusilə  vacibdir. Bu iki amil dronları faktiki olaraq toxunulmaz edib.

Ermənistan qoşunları dronları radarların köməyi ilə aşkar etməyə cəhd göstərsə də, bu cəhdlər vəziyyəti daha da ağırlaşdırıb, çünki pilotsuz təyyarələr siqnalları ələ keçirib və sonra düşmən batareyalarını məhv edib.

Məqalədə bildirilir ki, Bakı münaqişə zamanı 24 dron itirib.

Dağlıq Qarabağdakı hərbi toqquşmanın yeni mərhələsi əslində müasir müharibənin nümayişi oldu. Bunun ən bariz sübutu aşağıdakı haldır: tərəflər praktiki olaraq Hərbi Hava Qüvvələrindən istifadə etmədilər.

Dağlıq Qarabağdakı hərbi münaqişə hərbi əməliyyatların aparılması üçün əvvəlki metodikaları alt-üst edir. Üstünlüyü manevr edə bilən ucuz və yüksək dəqiqlikli silahlara sahib olan tərəf qazanır.Piyadaların istifadəsi ilə bağlı müharibənin formatı da dəyişir: cəbhə xəttindən uzaqda yerləşən məsafədən və ya havadan zərbələr endirildiyinə görə, piyadaların sağ qalmasının səviyyəsi kəskin şəkildə artır, canlı qüvvədə itkilərdən qaçmaq imkanı yaranır...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verildi - VİDEO
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...