Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41683
az

Altı aylıq övladının nişanələri ilə müharibəyə qatılan hərbçi - VİDEO

22:4515 Noyabr, 2020
725
HƏRBİ
  • A

Altı aylıq övladının qoxusunu üzərində gəzdirdiyi nişanəsindən alır. Sosial şəbəkələrdə yayılan bu görüntülərdəki hərbiçini yəqin ki çoxlarınız izləmisiniz. Ən təsirli məqamı isə hərbçinin şəhid olacağı təqdirdə övladının bu nişanələri ilə birlikdə dəfn edilməsini vəsiyyət etməsidir.

Report-un müxbiri hazırda azad olunmuş ərazilərimizdə xidmətdə olan hərbçimizin Cəlilabad rayonu Alar kəndindəki evində olub.

Döyüşlərin ilk günündən cəbhəyə könüllü yollanarkən Mehman Seyfullayevin yeganə övladı Fəridə cəmi altı aylıq olub. Artıq iki aya yaxındır ki, övladını görməyən atanın indi yeganə təsəllisi onun şəklinə baxmaq və corablarını qoxlamaqdır.

Hərbçinin həyat yoldaşı Zivər Seyfullayeva deyir ki, həyat yoldaşı ilə beş gün öncə danışıb:

"Onda dedi ki, Fəridənin üzü yadımdan çıxıb, əsgərlərin yanına sovqat göndərilən zaman istədim uşağın həm şəkilini, həm də corablarını da göndərim. Corabları özü almışdı. Körpəsinin qoxusunu hiss etsin, şəkilini də görüb xatırlasın. Görəndə də tanımayıb, elə bilib başqa uşağın şəklidir. Sonra deyib ki, yəqin Fəridədir. Görüb kövrəlmişdi”.

Aylardır görmədiyi övadının nişanəsini ürəyinin başında gəzdirən Mehman Seyfullayev 10 milyonluq ürəkləri qoruyan vətən övladlarından biridir. Məhz onun kimi igidlərin doğmalarına olan sevgisi bizim 30 illik Vətən həsrətimizə son qoydu.

Əmisi Əfqan Seyfullayev deyir ki, Mehman Vətən Müharibəsinə getdiyi ilk gündən Suqovuşan kəndi və Goranboy rayonu istiqamətində bir çox döyüşlərdə olub:

"Həmişə xoş xəbərlər verib. Şuşanın alınmasında da şəxsən iştirak edib. O döyüşlərdə olub”.

Məhz Mehman kimi qəhrəmanlarımız düşmənə aman verməyərək bizə şanlı qələbə bəxş edib. səkkiz aylıq balaca Fəridə atasının bu həsrətli günlərini gələcəkdə xatırlamasa da, onun iştirak etdiyi qəhrəmanlıq salnaməsini izləyəndə mütləq qürur duyacaq.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı