Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38934
az

SON DƏQİQƏ! Ermənilər yenidən təxribat törətdi: Hərbçimiz yaralandı

10:5715 Sentyabr, 2020
1940
HƏRBİ
  • A

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Bu barədə Oxu24.com-a  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb.

Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO