Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2972
az

Ermənilər Ordumuzu izləmək üçün gizli cihazlar yerləşdirib -FOTOLAR

18:1016 İyun, 2018
3601
HƏRBİ
  • A

Ermənistan işğal altında olan Qarabağın şimal-şərq istiqamətində qanunsuz müşahidə sistemləri qurur.

Ordu.az xəbər verir ki, “Feysbuk” sosial şəbəkəsində yayılan məlumatlara görə, bir müddət əvvəl Qarabağdakı qondarma qurumun “təhlükəsizlik xidməti”nin rəisi vəzifəsindən azad edilən Arşavir Qaramyan və onun sabiq müavini Qaqik Sarkisyanın rəhbərliyi ilə qoşunların təmas xəttinin şimal-şərq istiqamətində (Madagiz, Talış istiqaməti) xüsusi quruculuq işləri aparılır.
Tədbirlərin həyata keçirilməsinə qondarma qurumun “təhlükəsizlik xidməti”nin xüsusi təyinatlı əməkdaşları da cəlb edilib. Məlumata görə, bu işlər başa çatdırıldıqdan sonra qoşunların təmas xəttinin bu hissəsində qeyd olunan mövqenin sağ və sol cinahlarının müşahidəsi yaxşılaşdırılacaq.
Bu mövqenin də yüksək keyfiyyətli kamera ilə təchiz edildiyi və işə salındığı qeyd olunur. Yeni müşahidə sisteminin fasiləsiz işləməsi üçün günəş batareyası da quraşdırılıb. Müşahidə sisteminin heyətinə avadanlığın istismarı üzrə dərs keçilib. Bildirilir ki, bu işlərə 3 il əvvəl başlanılıb və işin yekunlaşdırılması üçün bir neçə mövqe qalırdı.
 


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu