Redaktor.az-ın bu dəfəki müsahibi hərbi-siyasi icmalçı Ramil Məmmədlidir. Onun Azərbaycanın hərbi strategiyası ilə bağlı müsahibəsini təqdim edirik.
- Hazırda cəbhədə gərgin vəziyyət davam edir və hərbi-strateji gücünə görə Azərbaycandan zəif qiymətləndirilən Ermənistanın atəşkəsi davamlı olaraq pozması və təxribatlar törətməsini necə şərh etmək olar?
- Ermənistan Azərbaycan qoşunlarının təmas xəttində, həmçinin dövlət sərhədi boyunca gərginlik daim davam edib. Zaman-zaman Ermənistan Silahlı Qüvvələri təxribat xarakterli tədbirlər həyata keçirirlər. Bu, əsasən Azərbaycanın şimal-qərb rayonlarını əhatə edir. Ermənistan hərbi birləşmələri münaqişənin həllində maraqlı olmadıqlarını açıq şəkildə bildirirlər. Ermənistana hazırki vəziyyət daha çox sərf edir. Sonuncu Münhen Təhlükəsizliyi Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı debatda da bunun şahidi olduq. Bəlli oldu ki, Ermənistan bu münaqişənin həlli ilə bağlı hər hansı güzəştə getmək yolu qoymayıb.Dağlıq Qarabağ və yeddi rayonumuz işğal altındadır. Azərbaycanın yeganə yolu işğal olunmuş ərazilərin azad olunması üçün hərbi əməliyyata başlamaqdır.
- Azərbaycan İtaliyadan M346 təyyarələri alacaq. Bu təyyarələrin üstünlüyü nədir?
- Azərbaycan NATO dövləti olan İtaliyadan döyüş təlim təyyarəsinin alınması ilə razılaşma əldə edib və o təyyarələr bir neçə müddətdən sonra Azərbaycan Silahlı Qüvvələrinin tabeliyində olacaq. Təyyarənin çəkisi ağır deyil, 1300 kq-dır. Bundan başqa, təyyarə havada yanacaqdoldurma imkanına, asqılara malikdir. İki pilot təyyarəni idarə edir. Qorunma, antiradar sistemləri də var. Aşağı hündürlükdən uçma, döyüşdə istifadə olunma qabiliyyəti var. Pilotlar yaxşı bilirlər ki, təyyarə aşağı hündürlükdə uçanda radiolakasiya sistemləri onu görə bilmir və belə olan təqdirdə, həmin təyyarə lazımi döyüş tapşırığını yerinə yetirə bilir. Bu baxımdan Azərbaycan çox vacib bir addım ataraq, həmin təyyarənin ölkəyə gətirilməsi ilə bağlı İtaliyanın “Rianadar” şirkəti ilə razılaşma əldə edib. Bütün siyasi təzyiqlərə baxmayaraq, Avropada bu səviyyədə satınalmanın həyata keçirilməsi Azərbaycan üçün çox ciddi siyasi iradə nümayişi idi. Bu, Azərbaycan ordusunda gələcəkdə müasir qərb texnologiyası ilə istehsal olunan döyüş aviasiaya təyyarələrinin istifadəsi deməkdir. İtaliya istehsalı olan bu təyyarəni öyrənən pilotlar rahatlıqla digər müasir təyyarələrdən də istifadə edə biləcəklər. Azərbaycanın NATO ölkəsindən təyyarə alması, gələcəkdə Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşmasını təmin edir.
Ekspert: Aprel döyüşləri hərbi-siyasi balansı Azərbaycanın xeyrinə ...
- Ümumiyyələ, hərbi sənaye yeni silahların istesalında durğunluq yaşayır. Bu durumu necə qiymətləndirirsiz?
- Hərbi sənayedən danışmazdan qabaq bir məqamı çatdırmaq istəyirəm. Bu sahə öz məxfliyi ilə digər sahələrdən fərqlənir. Bu sahədə aparılan elmi tədqiqatların davamı olaraq hər hansı bir məhsulun, silahın ortaya çıxarılması prosesi, uzun proseslərin hər biri istehsal prosesi dövründə məxfilik daşıyır. İstehsaldan sonra isə müəyyən silahlar var, onlarla bağlı bir problem yaranmır. Zavodların, müəssisələrin yenidən kompleksləşməsi, formaya salınması, genişmiqyaslı istehsal prosesinin həyata keçirilməsi və həmçinin bir neçə xarici ölkələrlə əməkdaşlığa dair sazişin imzalanması Azərbaycanın hərbi sənaye sahəsində çox ciddi yeniliklər həyata keçirməsinə şərait yaradır.
- Azərbaycanın düşmən üzərində əzici üstünlüyə malik olan ən qorxulu silahı hansıdır?
- Bunla bağlı konkret söz demək mümkün deyil. Ermənistan da 2016-cı ildən sonra öz mövqelərini gücləndirmək, hərbi sənayedə yeniliklər əldə etmək üçün ciddi şəkildə çalışır. Lakin Azərbaycanda hansı silahın daha çox qorxulu olması və bundan ermənilərin təşvişə düşməsi məsələsi ilə bağlı konkret bir fikir yoxdur.
- Bəs, Azərbaycanın özünün istehsal etdiyi ən güclü silah hansıdır?
- Azərbaycan çox az ölkələrdən biridir ki, öz ərazisində milli atıcı silahlara malikdir. Azərbaycanda atıcı silahlarla bağlı hər hansı bir problem yoxdu. Müdafiə Sənaye Nazirliyi yüzlərlə adda məhsul istehsal edir. Məhsulların böyük hissəsi silah və hərbi sənayeyə aid olan müəyyən texniki vasitələrdir. Azərbaycan atıcı silahlardan başlayıb, tapança, avtomat, pulemyot, snayper tüfəngi, aviasiya bombasına qədər bir çox silah istehsal edir.
- Hərbi strategiyanın qurulmasında media nə kimi rol oynayır?
- Hərbi ilə bağlı bütün informasiyalar bizə düşmən olan Ermənistan tərəfindən izlənilir. Lakin bəzi informasiyalar var ki, jurnalist onu yazmağa məcburdur. Jurnalistlərin hər hansı informasiyanı qoruması məsələləri ilə isə hərbçilər məşğul olmalıdırlar.
Oxu24.com
ŞƏRHLƏR