Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Azərbaycanın qəzaya uğramış MiQ-29 təyyarəsi ilə bağlı AÇIQLAMA VERDİ

HƏRBİ

875

08.08.2019, 17:02

\"\" Rusiyanın Xəzər dənizi filotiliyası Azərbaycan Silahlı Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək. Oxu24.com-un verdiyi xəbərə görə, bunu Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir. Məlumata görə, Rusiyanın Xəzər dənizi filotiliyası 2 gündən sonra axtarışa qoşulacaq. Axtarış dəstəsinin tərkibində 50-yə yaxın şəxsin olduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. İyulun 31-də Türkiyənin aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.