Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15492
az

Azərbaycan tankçılarının hücuma hazırlıq görüntüsü yayıldı

12:3610 İyul, 2019
1123
HƏRBİ
  • A
Azərbaycan Respublikasının ordu arsenalında yer alan Rusiya istehsalı olan T-72 tankı hazırkı dövrdə modernləşdirmə işləri aparılaraq müasir müdafiə və optik müşahidə, nişangah cihazları ilə təhciz edilib. Hazırda, T-72 tankları 40-dan çox ölkədə öz xidmətini davam etdirir və bir çox müharibələrdə də aktiv şəkildə istifadə olunub. Bu tanklardan ilk dəfə olaraq döyüş meydanlarında 1982-ci il İsrail-Suriya müharibəsində istifadə edilib. Bu tankın ən xarakterik xüsusiyyətlərindən biri də budur ki, onlar hələ istehsal edildikləri ilk vaxtlardan etibarən öz “Qərbli rəqib”indən çəkilərinin az olması ilə seçiliblər.

Hazırda Silahlı Qüvvələrimizin aktiv istifadəsində olan T-72 M1 tankı son dərəcə müasir hava hücumundan müdafiə, maskalanma üçün tüstü-düman balonları, müasir nişangah və müşahidə cihazları ilə təhciz edilib. Tankın üzərində arxa və ön tərəfdən yerüstü hədəflərdən qorunmaq üçün pulemyot da quraşdırılıb. Hərəkətdə olan zaman əsasən arxa tərəfdən tanka atılacaq TƏİR və digər silahları istifadə edən hərbçiləri, eyni zamanda yüngül zirehli nəqliyyat vasitələrini sıradan çıxarmaq üçün bu silahdan istifadə imkanları əlçatandır. Çəkiliş zamanı şərti düşmənin texnikalarını məhv edib, təyin edilən məntəqəni ələ keçirib, möhkəmlənmək tapşırığı verilir. “N” saylı hərbi hissənin tank bölüyünün birinci taqımına həyəcan siqnalı verildi...

Tank bölməsinin komandiri zabit Rəşad Atakişiyev şəxsən əks-həmlə hərəkatına başçılıq edir. Tapşırıq əsnasında təhlükəsizlik tədbirlərini nəzərə alaraq suallarımıza cavab da aldıq. Əvvəlcə T-72 M1 tankının təyinatı barədə sualımız cavablandırılacaq.

Oxu24.com ordu.az-a istinadən  videonu təqdim edir


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tankçılarının hücuma hazırlıq görüntüsü yayıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı