Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir Avropa ölkəsi Ukraynaya sülhməramlılar göndərə bilər

HƏRBİ

238

01.04.2025, 10:55

Latviya öz sülhməramlı kontingentinin Ukraynaya göndərilməsini istisna etmir.

Oxu24.com  xəbər verir  ki, bu barədə ölkənin xarici işlər naziri Bayba Braje “El Pais” qəzetinə müsahibəsində bildirib.

"Bu məxfi məlumatdır, mən bu barədə ətraflı şərh verə bilmərəm. Biz bu variantı istisna etmirik", - o qeyd edib.

Brajenin sözlərinə görə, sülhməramlıların Ukraynaya göndərilməsi aydın hərbi və siyasi məsləhətləşmələr tələb edəcək.

Martın 28-də Ukrayna prezidenti Vladimir Zelenski qoşunlarını Ukraynaya göndərməyə “100%” hazır olan ölkələrin nümayəndələri ilə təkbətək görüş keçirəcəyini açıqlayıb.

Martın 13-də Bloomberg xəbər verib ki, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron 37 ölkəni Ukraynaya sülhməramlılar göndərməyə və ona təhlükəsizlik zəmanəti verməyə hazır olan dövlətlər qrupunun yaradılmasına cəlb etmək istəyirlər. Agentliyin məlumatına görə, söhbət Avropa, Britaniya Millətlər Birliyi və Asiya ölkələrindən gedir.

Bundan əvvəl Tramp və Starmer Putinə təzyiqləri davam etdirmək barədə razılığa gəliblər.

Nigar