Bakıda işçi axtarılır:Maaş 40 min manat
17 Avqust 2026, 13:52
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
1079
09.08.2023, 22:58
Şərqi Zəngəzur İqtisadi Rayonunda "1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs
Maliyyə şöbəsinin müdiri (Baş mühasib)
Son tarix 09 sen 2023 - [email protected]
Vəzifə funksiyaları:
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun təşkili, iş və xidmətləri yerinə yetirmək;
Dövlət büdcəsi ilə hesablaşmalar, öhdəliklərin vaxtında ödənilməsi;
Bank əməliyyatlarının aparılması, ödəmə tapşırıqlarının düzgün tərtib olunması, bank çıxarışlarının sistemə işlənməsinə nəzarət etmək;
Aylıq və gündəlik daxili hesabatların, yuxarı təşkilatların, vergi və DSMF hesabatlarının hazırlanmasında iştirak və nəzarət etmək;
Debitor və kreditorlarla hesablaşmalar, ödənişlər, aylıq üzləşmə AKT-larının tərtibi və nəzarəti;
Vergi və audit yoxlamaları zamanı məlumatları düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Maliyyə-mühasibat uçotu üzrə bakalavr dərəcəsi;
Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi;
Yüksək səviyyədə kompüter və ofis proqramları barədə biliklər;
Peşəkar mühasib sertifikatının olması mütləqdir;
Tikinti sahəsi üzrə və dövlət qurumlarında iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 31 Avqust 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Maliyyə şöbəsinin müdiri – Baş mühasib” qeyd etməklə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Sənəd dövriyyəsi və arxiv şöbəsinin müdiri
Son tarix 01 sen 2023 [email protected]
Öhdəliklər:
Xidmətdə kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işinin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etmək;
Xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin etmək;
İşçi qruplarının, komissiyaların iclaslarında iştirak etmək, iclas (toplantı) protokolları və əmrləri tərtib etmək, razılaşdırmaq və yayımlamaq;
Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsinin təşkil edilməsi və onun təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
Elektron sənəd dövriyyəsi sisteminin iştirakçıları arasında elektron sənəd mübadiləsinin və sistem çərçivəsində sənədlərin hərəkəti üzrə uçot aparmaq;
İdarələrarası elektron sənəd dövriyyəsi çərçivəsində elektron sənəd mübadiləsini bilavasitə həyata keçirmək, məsul şəxs qismində çıxış etmək.
Tələblər:
Ali təhsil;
Sənəd dövriyyəsi sahəsində minimum 5 il iş təcrübəsi (dövlət qurumlarında iş təcrübəsinin olması arzuolunandır);
Kargüzarlığın aparılmasına dair təlimat üzrə biliklər;
İngilis və rus dillərini bilməsi arzuolunandır;
Ofis proqramlarında sərbəst işləmək bacarığı;
Detallara diqqətlə yanaşmaq;
Təşəbbüskar olmaq.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 31 Avqust 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Sənəd dövriyyəsi və arxiv şöbəsinin müdiri” qeyd etməklə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Construction manager
Son tarix 01 sen 2023 [email protected]
Vəzifə funksiyaları:
Tikinti layihələrini qrafikə, standartlara və büdcəyə uyğun olaraq əvvəldən sona qədər planlaşdırmaq, təşkil etmək, istiqamətləndirmək, nəzarət etmək və qiymətləndirmək;
Müqavilə üzrə işin icra şərtlərinə əməl edilməsinə nəzarət etmək;
İşin gedişatı ilə bağlı hesabatlar hazırlamaq;
Keyfiyyətli tikinti standartlarını və müvafiq tikinti texnikasından istifadəni təmin etmək;
Tikinti işçiləri üçün hədəflərin, məqsədlərin və məsuliyyətlərin müəyyən edilməsini təmin etmək;
İşin gedişatını və materialları yoxlamaq, işçilərin sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etmələrini təmin etmək üçün əraziyə səfərlər etmək;
Layihə zamanı baş verə biləcək hər hansı gözlənilməz problemləri aradan qaldırmaq.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Tikinti menecmenti, və ya mühəndislik sahələri üzrə bakalavr dərəcəsi;
Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi;
Yüksək səviyyədə kompüter və ofis proqramları barədə biliklər (AutoCAD, MS);
PMI (PMP) sertifikasiyası, Prince 2 və ya layihələrin idarəedilməsi sahəsində digər sertifikasiyalar arzuolunandır;
Azərbaycan və İngilis dilində səlis ünsiyyət bacarıqları (şifahi/yazılı);
Xüsusi qeyd: Ezamiyyələrə hazırlıqlı olmalı
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 31 Avqust 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Construction manager” qeyd etməklə adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.