Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92713
az

Emin Ağalarovun şirkəti işçilər axtarır - MAAŞ 2000 MANAT 

23:1618 İyul, 2023
1891
ELANLAR
  • A

Nardaran İnvest

Satınalma üzrə mütəxəssis
Son tarix 18 avq 2023 [email protected]

Əmək haqqı: 1200 azn

Vəzifə öhdəlikləri:
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender və təklif sorğularının keçirilməsinin təşkil edilməsi, istehsalatdan yönələn sorğuların icra edilməsi, sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
Şirkətin mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
Struktur daxili müfaviq hesabatların hazırlanması.
Tələblər:
Müvafiq sahədə 3 illik təcrübə;
Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
Komandada işləməyi bacarmalı;
Analitik düşüncə qabiliyyəti;
Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
Danışıqların aparılması sahəsində bacarıqlar.;
Əlavə məlumat:
Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir, uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərə alınır.
İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur. 
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər:

 

Mühasib
 Son tarix 10 avq 2023 [email protected]

Əmək haqqı: 2000 AZN.

Vəzifə öhdəlikləri:
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək;
İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanması;
Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Tələblər:
İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahədə 3 illik təcrübə;
Komandada işləməyi bacarmalı;
Analitik düşüncə qabiliyyəti;
Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
Rus dili biliyi.
Əlavə məlumat:
İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. 
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.

 

Smetaçı-Mühəndis
 Son tarix 23 iyl 2023 [email protected]

Əmək haqqı: 2000-2500 AZN

Vəzifə öhdəlikləri:
Maliyyə-smeta sənədlərini hazırlayır;
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə  aktlar hazırlayır;
Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
Namizədə tələblər:
Texniki sahədə ali təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
MS Office,  AutoCAD bilikləri;
Rus dili biliyi önəmlidir.
İş yeri:
Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:  I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü