Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87952
az

Zavoda direktor axtarılır  - İŞ AXTARANLARIN NƏZƏRİNƏ!

20:2226 Aprel, 2023
927
ELANLAR
  • A
GM Construction
 
Beton zavodun direktoru (Laçın rayonu)
 
 
Son tarix 20 may 2023 - [email protected]
 
Vəzifə öhdəlikləri:
Müəssisənin strateji və əməlliyat planlarının hazırlanmasına rəhbərlik edilməsi və icrasına nəzarət;  
Ümumi fəaliyyətin istiqamətləndirilməsi və əlaqələndirilməsi;  
Müəssisənin digər müəssisə və qurumlarla (dövlət orqanları da daxil olmaqla) əlaqələrində iştirak edərək, müqavilə bağlanmasında təmsil edilməsi;
Səlahiyyətə müvafiq olaraq qərarların qəbul edilməsi;
Şöbə və bölmələrin işinin bir-biri ilə səmərəli qarşılıqlı münasibətinin təşkil edilməsi;
Həm sistematik, həm də birdəfəlik xarakter daşıyan məlumatların müvafiq struktur bölmələrə ötürülməsi;
Mal-material hesabatlarının hazırlanmasını, analiz edilməsini təmin edərək nəticələrə görə uyğun tədbirlərin görülməsi və istiqamətləndirilməsi;
Betonların markalara uyğun yığılmasına nəzarət edilməsi;
Texniki hesabatların vaxtlı vaxtında aparılması;
İstehsalın planlaşdırılması və iş yerinin təkmilləşdirilməsində qabaqcıl üsul/metodların tətbiqində yaxından iştirak etmək;
İstehsal xəttində olan məhsul, xammal və materialların müvafiq yerlərdə və müntəzəm olaraq saxlanılmasının təmin edilməsi;
Xammal və materiallardan düzgün istifadə qaydalarını, istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun  keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlər planının hazırlanmasında və tətbiqində iştirak edir;
İstehsal prosesinin düzgün yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təşkil edir;
İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına dair müvafiq göstərişlər verir;
Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və istehsalat işini tələb olunan səviyyədə təşkil edir.
Bilməlidir:
 
İstehsalın operativ idarə olunması haqqında metodiki, normativ və başqa sənədləri; 
Buraxılan məhsula qoyulan texniki tələbləri, avadanlığın istehsal texnologiyasını; 
Zavodun istehsal təchizatını və onun texniki istismarını; 
İstehsalın gedişi uçotunun sistem və metodlarını; 
İstehsalatın, əməyin və idarəetmənin təşkilini; 
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.
Tələblər:
 
Cins: kişi
Yaş həddi: 35 – 55;
Beton istehsalı üzrə təcrübənin olması şərtdir;
Təhsil: Ali və ya orta ixtisas təhsili;
İş təcrübəsi: müvafiq sahə üzrə azı 3 il;
Kompüter bacarıqları: MS Office yaxşı səviyyədə işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Laçın rayonu;
İş rejimi: 6 günlük (09:00 -18:00);
Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
Əmək haqqı: müsahibə əsasında.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.
 
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi