Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87542
az

İşçilər axtarılır: Maaş 1200 AZN

09:3321 Aprel, 2023
480
ELANLAR
  • A

Prior Leasing

Korporativ Məhsulların Satışı üzrə Mütəxəssis
 

Son tarix 19 may 2023 - [email protected]

Namizədə olan tələblər:
Ali təhsil (Satış, biznesin inkişafı sahəsində arzuolunandır);
İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması (Kənd təsərüffatı texnikalarının satışı üzrə təcrübə üstünlükdür);
Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, İngilis dili arzuolunandır
Ms. Office proqramlarını yüksək səviyyədə bilməli.
Vəzifə öhdəlikləri:
Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları ilə tanış etdirilməsi;
Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və həllərin təqdim olunması;
Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
Müştərilər ilə müntəzəm görüşlər aparmaq;
Kommersiya təkliflərinin hazırlanması.
İş şərtlərimiz:
Əmək haqqı:1000-1200 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Məhsulların Satışı üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Satış üzrə koordinator
 Son tarix 19 may 2023 [email protected]

Namizədə olan tələblər:
Ali təhsil;
Təhlil və ya müxtəlif satış nöqtələri ilə iş sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
Fərdi və komanda şəklində işləmək bacarığı;
Vəziyyəti düzgün qimətləndirmək bacarığı;
Ünsiyyət yaratmaq, dinləmək, müşahidə və təhlil etmək qabiliyyəti;
Outlook, MS Word proqramlarında sərbəst, MS Excel proqramında isə orta səviyyədə iş bacarığı.
Vəzifə öhdəlikləri:
Prosedur üzrə qoyulan vaxt ərzində emal edilməyən “LEAD” və “DEAL”- lər üzrə hesabatlar hazırlamaq;
Vaxtında emal edilməyən “LEAD” və “DEAL”- lərin səbəblərin SN, LM və MXM ilə aydınlaşdırmaq və emal edilməsinə təmin etmək; ( Satış Nümayəndəsi, Lizinq Mütəxəssisi, Müştəri Xidmətləri üzrə Mütəxəssis)
Vaxtında emal edilməyən “LEAD” və “DEAL”-lərin səbəblərinə görə qruplaşdırmaq və yenidən emal edilib növbəti mərhələlərə keçirilməsi üçün müvafiq işçilərlə koordinasiya etmək;
Müvafiq MİS istifadə qaydalarında olunan dəyişiklikləri mənimsəmək və bu barədə SN, LM və MXM ləri məlumatlandırmaq;
“LEAD” və “DEAL” lərin emalı ilə bağlı tətbiq edilən son tarixlərə riayət etməyən SN, LM və MXM-lərə korporativ poçt vasitəsi və müvafiq MİS platforması ilə xəbərdarlıqlar göndərmək;
Ay ərzində  “LEAD” və “DEAL” emalında ləngimələrə yol verən SN, LM və MXM-lər  barədə ümumiləşdirilmiş hesabatlar hazırlayıb Şöbə müdirinə təqdim etmək;
Uğursuz “LEAD”-lərin  bağlanma səbəblərini aydınlaşdırmaq;
Təxirə salınmış “LEAD”-ləri yenidən bərpa etmək (qərarsız və ya avtomatik bağlanan və s.);
“LEAD” yaranma mənbələrinə nəzarət etmək.
İş şərtlərimiz:

Əmək haqqı: 700 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Koordinator” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Partnyorlarla iş üzrə aparıcı mütəxəssis
 Son tarix 19 may 2023  [email protected]

Namizədə olan tələblər:
Ali təhsil;
Oxşar sahədə 2 (iki) il iş təcrübəsi;
Əla səviyyədə Azərbaycan dili,rus dili biliyi arzuolunandır ;
MS Office proqramlarında işləmək;
Şəxsi avtomobili (xərclər qarşılanır);
Bölgələr üzrə ezamiyyətə açıq olmalıdır.
Vəzifə öhdəlikləri:
Şirkətin partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
Potensial müştərilərə  məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
Şirkətin məhsullarını  Partnyorlar üzərindən  satışını təşkil  və nəzarət etmək;
Yeni partnyorlarla görüşlərin keçirilməsi və əməkdaşlığa cəlb edilməsi;
Məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və lazım olduqu təqdirdə Şirkətin filiallarına yönləndirilməsi;
Məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərin cəlbi imkanlarının dəyərləndirilməsi;
Satış prosesi və bazar araşdırması ilə bağlı müvafiq hesabat və təqdimatların hazırlanması;
Partnyor satışları bölməsi üzrə müəyyən olunmuş satış planlarının yerinə yetirilməsi.
İş şərtlərimiz:
Əmək haqqı:1000-1100 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Partnyorlarla iş üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Rəqəmsal layihələrin idarə olunması bölməsinin rəhbəri
 Son tarix 19 may 2023 [email protected]

Namizədə olan tələblər:
Ali təhsil (informasiya texnologiyaları və ya maliyyə ixtisasları üzrə alli təhsil) ;
Müvafiq sahədə 4 (dörd) il iş təcrübəsi;
Xarici dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı səviyyədə - platformalarda işləyə və araşdırma edə biləcək qədər), Rus dili (əla);
MS Office proqramında işləmə bacarığı;
Task Management sistemləri ilə işləmə bacarığı;
Stressə davamlılıq, qoyulan vaxt çərçivəsində çalışmaq bacarığı.
Vəzifə öhdəlikləri:
Vebsaytların dizaynlarında, funksionallığında lazımi dəyişiklikləri qeydə almaq;
Veb proqramçıya lazımi dəyişikliklərlə bağlı tapşırıqlar vermək, icrasına nəzarət etmək;
Marketinq şöbəsinin müraciətiylə saytda dəyişikliklərin edilməsini təmin etmək;
Vebsayt və domenlərin işləməsində və ödənişlərində veb proqramistə dəstək göstərmək;
Vebsaytların kontentinin və məhsullar haqda məlumatların tamlığına nəzarət etmək;
Vebsayta onlayn ödənişlərin qoşulmasına nəzarət etmək;
Vebsaytların konsepti hazırlamaq;
Şirkətin CRM sisteminə nəzarət etmək;
CRM sisteminin təkmilləşdirilməsi üçün təkliflər vermək;
Şirkətin strukturunu CRM sistemində yenilənməsinə nəzarət etmək;
Şirkətdaxili faylların sistemdə struktur üzrə yenilənməsini təmin etmək;
Şirkətin müvafiq əməkdaşları üçün telefonlara lazımi proqramların yüklənilməsinə nəzarət etmək;
Telefonların siyahısını nəzarətdə saxlamaq;
Telefonlarla bağlı problemlərin aradan qaldırılması üçün dəstək göstərmək;
Şirkətin proseslərinin avtomatlaşdırılmasına nəzarət etmək;
Proseslərin asanlaşdırılması üçün təkliflər vermək;
CRM sistemində və digər ERP sistemlərdə avtomatlaşdırılmış proseslərin və robotların düzgün işləməsinə nəzarət etmək;
Şirkətin terminal və digər xüsusi qurğularında rəqəmsal həllərinin düzgün işləməsinə nəzarət etmək;
Yaranan problemləri araşdırılmaq və yönləndirmək.
İş şərtlərimiz:

Əmək haqqı: müsahibə əsasında təyin olunacaqdır
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Layihələrin İdarə Olunması Bölməsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı