Azersun Holding
Müştəri xidmətləri şöbəsində koordinator
Son tarix 16 may 2023 [email protected]
Tələblər:
Ali Tibbi təhsil
Microsoft office və Excell bilikləri
Komandada işləmək bacarığı
Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
İş haqqında məlumatlar:
Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək
Müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək
Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
Hər hansı dərman prepararatı müştərinin yaxınlaşdığı aptekdə yoxdursa digər apteklərlə əlaqə saxlamaq, dərmanın olduğu apteki müəyyənləşdirmək və müştəriyə məlumat vermək;
Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən razı olub-olmadıqları barədə məlumatın almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq;
Nəqliyyat vasitələri üzrə Sığorta hadisələri olan müştərilərin zənglərinin qəbulu, sığortalı bazasında onların yoxlanılması, qeydə alınması və qəza komisarlarının hadisə yerinə yönləndirilməsini təmin etmək;
Müştəri məmnumiyyəti ilə bağlı hesabatları hazırlamaq;
İş Yeri: Bakı şəhəri
İş Şərtləri: Həftə içi 5 gün
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Müştəri xidmətləri şöbəsində Koordinator” qeyd etməyiniz xahiş olunur.
Ödəniş Kartları Şöbəsinin Aparıcı Mütəxəssisi
Son tarix 16 may 2023 - [email protected]
Tələblər:
Ali təhsilli (iqtisadi, texniki) olmalı;
Plastik Kartlar və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
İngilis dilini yaxşı bilməli;
Microsoft Office və Kart proqram bilikləri olmalı;
Analitik düşünmə qabiliyyəti, iş planlama qabiliyyəti, stres altında işləmə bacarığı.
İş haqqında məlumat:
Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır vəvə ya həmin hesabatların hazırlanmasını təmin edir;
Kredit kartlara gələn reject əməliyyatlara nəzarət edərək əməliyyatların kartlarda əks olunması üçün Prosesinq Mərkəzi ilə əlaqə qurur;
HÖP (Hökümət Ödəniş Portalı) ödənişlərinə nəzarət edir və lazımi müxabirləşməni icra edir;
Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir və Beynəlxalq Ödəmə Sistemləri qaydalarına uyğun olaraq, hərəkət edir;
Visa və MasterCard web tətbiqlərinə nəzarət edir; lazımı güncellemeleri tetbiq edir
Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra edilməsinə nəzarət edir. Uyğunsuzluq müəyyən edildiyi təqdirdə rəhbərinə məlumat verir;
Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra edir, ya da prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edir;
Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar icra edə bilmədiyi müxabirləşmələri tələb daxilində icra edir;
Plastik kartlar prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
Ödəmə sistemləri ilə əlaqədar, Beynəlxalq təlim də daxil olmaq üzrə təlim təqviminə nəzarət edərək faydalı təlimlər haqqında müdirinə təklif verir;
Internet və Mobil bankçılıq üçün yeni müştəri açılışı və şifrə sıfırlama proseslərini təqib edərək lazımı mərhələləri icra edir;
Kart proqramında icra edilən mühasibatlıq düzəlişləri əməliyyatları üçün bank proqramında lazimi müxabirləşmələri icra edir;
Kart proqramında limit dəyişikliyi, kart basımı, kart yeniləmə qeydlərinə nəzarət edir;
Müştəri (Kart və POS) çıxarışlarının SMS və e-mail ilə göndərilməsini təmin edir və prosesə nəzarət edir;
Problemli kredit və kart müştərilərinin qətnaməyə əsasən faiz hesablanmasının dayandırılması və/vəya dəyişdirilməsi və qətnaməyə əsasən əlaqədar strukturun tələbi və təsdiqi daxilində müxabirləşmələri icra edir;
Kart və pin zərf qalıqlarına nəzarət edərək rəhbərinə məlumat verir;
Filiallarda və Prosesinq mərkəzində personalizasiya edilmiş və ya edilməmiş pin zərf və kart qalıqlarına nəzarət edir;
Kart sistemində müddəti bitmiş kartların ekstre borclarının tam olaraq kartda əks olunmasına nəzarət edir;.
POS Müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra edir;
Filiallardan gələn tələblər əsasında plastik kartların sistemdə yaradılmasını təmin edir;
Plastik kartların və PIN zərflərin hazırlanması barədə sərəncamları hazırlayır, MilliKart prosessinq mərkəzinə Plastik kartların və PIN zərfləri sifariş edir.
PIN zərflərin və kartların sayına nəzarət edir və lazım olan zaman yeni zərflərin və kartların alınması üçün departament müdirinə / Şöbə rəisinə təklif verir;
Əmək haqqlarının hesablara yatırılmasını həyata keçirir, işlemin icrasının yerel mevzuata uygun olarak icra edilmesini temin edir;
Hazırlanmış kartları Milli Kart prosessinq mərkəzindən təhvil-təslim aktları əsasında qəbul edir və yoxladıqdan sonra filialamüştərilərə (filiallara) təhvil verilməsi üçün departamentin digər işçisinə təhvil verir vəvə ya filialamüştəriyə birbaşa təhvil verilməsi prosesində iştirak edir;
İş Şərtləri: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Ödəniş Kartları Şöbəsinin Aparıcı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Təchizat, İnzibati və Arxiv işləri şöbəsinin Baş mütəxəssisi
Son tarix 16 may 2023 - [email protected]
Tələblər:
Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
Bank işi üzrə 3-5 illik iş təcrübəsi;
Azərbaycan dili (İngilis və Rus dilini bilənlərə üstünlük verilir);
BOYS, YSP programlarını bilmək;
Həm fərdi, həm qrup şəklində və işləmək, təhlil etmə, hesabat vermə və problemləri müstəqil həll etmə bacarığı.
Sürücülük vəsiqəsi;
Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
Analitik problem həlletmə bacarığı olmalı.
İş haqqında məlumat:
Bankın struktur bölmələrinin avadanlıq, inventar, material və ləvazimatlarla təchiz etmək;
Azqiymətlilərin əsas vəsaitlərin alınmasını təşkil etmək, həmçinin qəbul olunmasını, malların qeydiyyatının aparılmasını və tələbatı üzrə Bank işçilərinə təhvil-təslimini həyata keçirmək;
Kart məhsullarının alınmasını təşkil etmək, həmçinin qəbul olunmasını, malların qeydiyyatının aparılmasını və Bankın xəzinəsinə təhvil-təslimini həyata keçirmək;
İstifadə müddəti bitmiş, yararsız və istifadə olunmayan azqiymətlilər/əsas vəsaitlərin satışını və ləğvini təşkil etmək, Bankın balansından silinməsini təklif etmək;
Bankın posterminal şəbəkəsinin genişləndirilməsində iştirak etmək, posteminalların müştərilərə işlək vəziyyətdə təhvil verilməsini təmin etmək, nasaz vəziyyətdə olan posterminalların yenilənməsi və yaranmış problemlərin aradan qaldırılmasını icra etmək;
ATM quraşdırılması üçün tələbin təsdiqlənməsini izləmək və ATM-in bildirilən yerə daşınması prosesinə nəzarət etmək;
Bankın su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil etmək;
Bankın təmir tikinti üzrə planlarının hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təşkil etmə;
Struktur bölmələrinin proqram təminatı üzərindən gələn tələblərinin icrasını təşkil və təmin etmək;
Bankın balansında olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək, istismar qaydaları ilə müəyyən edilmiş profilaktik tədbirləri görmək və nəzarət etmək;
Sənədlərin sürücü və kuryerlər tərəfindən vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
Bankda içki, yemək və təmizlik xidmətlərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
Yeməkxananın gigiyenik təmizliyinə nəzarət etmək;
Bank üzrə daşıma işlərini təşkil etmək, bankın avtomobillərinin yanacaq və təmir xərclərinə nəzarət etmək;
Bankomatların yerləşdirilməsi, montajı və demontajı işlərini təşkil və nəzarət etmək;
Qonaqları qarşılamaq, oteldə yerləşdirmək, transferini təşkil etmək, biletlərin alınmasını təşkil etmək və yola salmaq;
Bankda təmizlik işlərinin aparılmasına nəzarət etmək;
Bankda poçt xidməti işini təşkil etmək və xaricə məktubların göndərilməsini təmin etmək;
Arxiv işinin aparılmasına və təşkilinə nəzarət etmək, sənədlərin saxlanılması üçün lazımi şərait yaratmaq.
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Təchizat, İnzibati və Arxiv işləri şöbəsinin Baş mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Şəbəkə inzibatçısı mütəxəssisi
Son tarix 16 may 2023 - [email protected]
Tələblər:
Ali təhsilli olmalı;
2 il aidiyyəti vəzifə üzrə iş stajı;
OSI-TCP/IP modeli üzrə ekspert bilikləri olmalı;
CCNA/CCNP və s. beynəlxalq sertifikatları olmalı;
Voice şəbəkəsinin qurulması və idarəsi bacarıqları, CUCM/SIP həlləri təcrübəsi olmalı;
IPSEC/DMVPN barəsində dərin bilikləri və təcrübəsi olmalı;
Dinamik routing texnologiyaları üzrə dərin bilikləri (EIGRP/OSPF/BGP) olmalı;
Cisco ASA, Pfsense, Palo-Alto next generation firewal idarəedilməsi bacarıqları olmalı;
Şəbəkə təhlükəsizliyi bilikləri, 802.1X, Cisco ISE sistemlərinin idarəedilməsi bacarıqları olmalı;
Çalışmaların avtomatlaşdırılması, Python proqramlaşdırma bacarığı olmalı;
Məsuliyyətli və işgüzar, analitik düşünmə qabiliyyəti olmalı;
Fərdi və komanda ilə işləmək bacarığı olmalı.
İş haqqında məlumat:
LAN, WAN, Campur və Ehtiyyat mərkəzi şəbəkəsinin idarəedilməsi, optimallaşdırılması;
SSL VPN, məsafədən bağlantı qurulması və təhlükəsizliyin təmini;
Tərəfdaş şirkətlərlə bağlantı üçün infrastukturun qurulması, IPSEC VPN idarəedilməsi;
Modem, sviç, firewall avadanlıqlarının sazlanması, racklarda yerləşdirməi və kabelləşdirilməsi;
Avadanlıqların yenilənməsi, lisensiyalara nəzarət və hesablanması;
Şəbəkə avadanlıqlarının və hadisələrin monitorinqi, izlənməsi, avtomatlaşdırılmış məlumatlandırma və tədbirlərin sazlanması
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Şəbəkə inzibatçısı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Kiber təhlükəsizlik üzrə mütəxəssis
Son tarix 16 may 2023 - [email protected]
Tələblər:
Ali təhsilli olmalı;
OWASP Top 10 və MITRE ATTCK kimi çərçivələrdə təsvir olunan zəiflikləri və hücum texnikalarını bilməli
Pentest alətləri ilə iş təcrübəsi (nmap, metasploit, burp suit, Kali Linux və s.);
İnsidentlərin aşkarlanması və aradan qaldırılması;
NGFW, WAF, Web Proxy, AV kimi təhlükəsizlik sistemlərinin idarə olunması.
İngilis dili biliyi üstünlükdür;
CEH, OSCP, LPT, OSCE, OSWE, CISSP sertifikatlarından birinin olması üstünlükdür;
Skript dillərlə işləmə bacarığı olması üstünlükdür;
Bank sektorunda təcrübəsi olması üstünlükdür;
İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil olması üstünlükdür.
Analitik problem həlletmə bacarığı olmalı.
İş haqqında məlumat:
Boşluqların aradan qaldırılması və sızma testlərinin həyata keçirilməsi;
Kodların analiz edilərək mövcud boşluqlarının aşkarlanması;
Hücumların simulyasiyası;
Email GW, Web Proxy, WAF, Endpoint Protection kimi təhlükəsizlik sistemlərinin konfiqurasiya, dəstək və idarə edilməsi;
Bankda təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi;
Yeni təhlükəsizlik araşdırmaların nəticələrinin daim izlənməsi;
Mövcud olan zəiflik aşkarlama mexanizmlərinin və vasitələrinin təkmilləşdirilməsi.
İş Yeri: Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Kiber təhlükəsizlik üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Oxu24.com
ŞƏRHLƏR