Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87024
az

Qarabağda işləmək üçün işçilər axtarılır - MAAŞLAR 1640-1700-1840 MANAT

23:3914 Aprel, 2023
2617
ELANLAR
  • A

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

Layihələr üzrə koordinator
 Son tarix 13 may 2023 [email protected]

Vəzifə öhdəlikləri:
Hər bir verilmiş layihənin tələb və məqsədlərinə uyğun olaraq layihə fəaliyyətlərinin əvvəldən sona qədər icra planının, cədvəlinin, və lazımi meyarların hazırlanması və rəhbəliklə razılaşdırılması;
Razılaşdırılmış layihə planının icrası üçün müvafiq icraçıların, təchizatçıların, və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) müvafiq tapşırıqlar üzrə təyin olunması, ətraflı şəkildə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi;
Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsini, layihənin getişatında yaranan çətinliklərin dərhal araşdırılması və onların həll edilməsi üçün lazımı addımların atılması;
Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya  minimuma endirilməsi, müvafiq önləyici tədbirlrin görülməsi;
Hər bir layihə üzrə görülmüş işlərin həftəlik ətraflı hesabatının verilməsi;
Layihənin icrası zamanı layihə iştirakçılarının, iş icraçılarının layihənin bağlanmasını əks etdirən sənədlərin hazırlanması və təhvil-təslim prosesinin təmin edilməsi;
Namizədə dair tələblər:
Tikinti sahəsində layihə koordinatorluğu üzrə 3 ildən 5 ilə qədər iş təcrübəsi 
Tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
Podratçı təşkilatlar düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi;
Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
Bir neçə layihə və ya tapşırığa eyni zamanda nəzarət edə bilmə bacarığı;
Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
Cizgiləri və texniki sənədləri oxuya bilmək səviyyəsində xarici dil bilikləri;
Sənədləşmə işlərinin düzgün sistematik icrasını bilmək və təmin etmək bacarığı;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1700 AZN (net) 
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Layihələr üzrə koordinator” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Konstruktor
 Son tarix 13 may 2023  [email protected]

Vəzifə öhdəlikləri:
Toplantılar keçirmək, hesabatlar tərtib etmək, sənədlər hazırlamaq və müqavilə çərçivəsində sahibkar, konstruktor və subpodratçılar ilə danışıqlar aparmaqda layihə menecerinə köməklik göstərilməsi;
İş həcminə nəzarət edilməsi, dəyişiklik edilmiş sənədlərin hazırlanmasına yardım etmək və daxili təsirlərin təhlil edilməsi;
Layihənin təhlilinə və hesabatların hazırlanmasına köməklik edilməsi, layihə ilə əlaqədar bütün suallara aydınlıq gətirilməsi;
İşlərin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsinin, eləcə də onların standartlaşmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsinin təmin edilməsi;
Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin etmək; 
Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığının tərtib edilməsi;
İşçi layihələrinin yoxlanması və çertyojların, işin ixtisas və ya profil üzrə nəzarətinin keçirilməsi, mürəkkəb hissələrin naturadan eskizini çıxarılması; 
Layihə üzrə texniki hesablamaların aparılması və layihə olunacaq konstruksiyanın effektivliyinin təhlil edilməsi, konstruksiyaların istismarı üçün təlimat, onu aydınlaşdırıcı yazı, texniki səviyyə xəritəsi, pasport (o cümlədən patent və lisenziya), sınaq üçün proqramlar, texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrinin və başqa texniki sənədlərin tərtib edilməsi; 
Başqa müəssisə və təşkilatlardan gələn konstruktor sənədlərinin onlardan gələcəkdə layihələşdirmə və konstruksiya işində istifadə etmək məqsədi ilə öyrənilməsi və təhlil edilməsi; 
İşlənib hazırlanmış layihələri müəssisə, idarə və təşkilatların başqa bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırılması, işlənib hazırlanmış konstruksiyanı iqtisadi cəhətdən əsaslandırılması.
Layihəçi təşkilatçılar tərəfindən göndərilən layihələrin СНП ГОСТ AzDTN normalarına uyğunluğunun yoxlanılması.
Namizədə dair tələblər:
Layihələndirmə (yaxud əlaqədar sahədə) üzrə təhsil, yalnız inşaatçı mühəndis;
Eyni anda bir neçə tapşırıq və problemin həll edilməsi bacarığı və əla ünsiyyət bacarıqları;
Ümumi mühəndis hazırlığı;
Nəzarətçi vəzifəsini yerinə yetirmək sahəsində bacarıq;
Kompyuter bacarıgları: AutoCad, Archi Cad, Lira 9.6.
Həmçinin, müasir texnologiya sahəsində tam biliyə malik olmalı və layihədə istifadə olunması məqsədilə texniki tapşırıqların yerinə yetirilməsi üçün müvafiq proqram təminatını seçmək və tətbiq etmək bacarığı olmalıdır.
Layihələşdirmə sistemlərini və metodlarını bilməli; 
Cizgilərin və başqa konstruksiya sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üçün lazım olan standartların və təlimatları bilməli; 
Sahə üzrə ən azı 3 il iş təcrübəsi 
Tikinti norma və qaydalarına dair biliklər;
Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1640 AZN (net) 
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Konstruktor” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Memar
 Son tarix 13 may 2023  [email protected]

Vəzifə öhdəlikləri:
Müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması;
Layihələndirmə layihə təkliflərinin və şəhər, məssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərinin razılaşdırılması; 
Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasının təmin edilməsi; 
Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsi, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materialların müəyyən edilməsi; 
Layihə - axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialların hazırlanması; 
Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;
Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;
Namizədə dair tələblər:
Sahə üzrə ən azı 3 il iş təcrübəsi 
Memarlıq sahəsi üzrə ali təhsil
Tikinti norma və qaydalarına dair biliklər;
Layihələndirmənin metodları bilikləri və layihə işlərinin təşkili və planlaşdırılma bacarıqları;
Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsinə dair biliklər;
Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini
Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumat;
Layihə və tikinti-iqtisadi hesablamaların aparılması bilikləri;
Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəyə sahib olmalıdır
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
Microsoft Office, AutoCad, 3Dmax, Revit və s. proqramlarda səlis işləmə bacarığı;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1640 AZN (net) 
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Memar” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Layihələrin idarə edilməsi şöbəsinin müdiri
 Son tarix 13 may 2023  [email protected]

Vəzifə öhdəlikləri:
Tikinti layihələrini Xidmətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
Layihələndirmə işlərinin razılaşdırılmış müddətə və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək; 
Layihələr üzrə cizgiləri, iş həcmlərini, spesifikasiya sənədlərini yoxlamaq təsdiqləmək və icrasına nəzarət etmək;
Layihələndirmə işlərini planlaşdırmaq, bu işlərə dair proqresi izləmək və rəhbərlik etmək;
Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
Layihələr üzrə həcmlərin cədvəllərinin tərtibatına rəhbərlik etmək;
Layihələndirmənin monitorinqi üzrə işləri təşkil etmək;
Layihələndirmə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən Xidmət daxili, layihəçi komandası, podratçı şirkətlər, dövlət qurumları və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
Layihələrin bütün maraqlı tərəflərlə, o cümlədən dövlət qurumları ilə razılaşdırılmasını təmin etmək;
Tenderlərin əsas şərtlər toplusunun hazırlanmasında iştirak etmək və texniki tələbləri müəyyən etmək.  
Müqavilələrin xüsusi şərlətinin hazırlanmasına iştirak etmək və tələbləri müəyyən etmək.  
 Layihələndirmə üzrə dəyişikliklərin kompleks idarə edilməsi və nəzarətini təşkil etmək;
Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
Tabeçiliyində olan komandanın səmərəli idarəedilməsi, qiymətləndirilməsi və inkişafı ilə bağlı tövsiyələrin verilməsi;
İşçi resursların layihələr arasında səmərəli bölgüsünü təşkil etmək;
Layihələrin mənfətliliyini artırmaq üçün səy göstərmək, o cümlədən, lazımi strategiya, alət və üsullardan istifadə etmək;
Sənədləşmə işlərinin təşkil edilməsi, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək
Namizədə dair tələblər:
Layihələrin idarəedilməsi sahəsində azı 5 il iş təcrübəsi;
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
Yüksək səviyyədə ünsiyyət, tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Tikinti obyektlərinin layihələndirmə məsələlərinə aid tikinti istehsalatının texnologiyası iqtisadiyyatın və eləcə də istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır.
Kompüter bacarıqları: MS Office, Autocad;
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1840 AZN (net) 
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Layihələrin idarə edilməsi şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Elektrik mühəndisi
 Son tarix 13 may 2023  [email protected]

Vəzifə öhdəlikləri:
Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika, elektrik, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək,
Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və  ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin,  şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək, 
Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin  layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək; 
Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini  və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
Tikintinin elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
Layihə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə dair tələblər:
Elektrik mühəndisliyi üzrə Ali təhsil
Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi
Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA 
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
Kompüter bilikləri: MS Office, AutoCAD
İdarəetmə bacarığı
Təqdimat bacarığı
Pozitiv düşüncə
Problemlərin həllinə yönəlmə
Müsbət əlaqə və əməkdaşlıq qurma
Özünə əminlik və inkişafa meylli olma
Yaradıcılıq
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1640 AZN (net) 
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Elektrik mühəndisi” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

Mexanika mühəndisi
 Son tarix 13 may 2023  [email protected]

Vəzifə öhdəlikləri:
Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanik sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
Layihələndirilən cizgilərin mexanik sistemləri bölmələrini estetik, texniki tələblərə və  ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin,  şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
Mexanik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
Layihələndirmə müddətlərinin mexanik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin  layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
Layihənin müvafiq olaraq, mexanik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək; 
Layihəçi şirkətlər tərəfindən tamamlanmış mexanik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini  və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
Layihələrin mexanika hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
Tikintinin mexanik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
Layihə mexanik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə ali təhsil
Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi
Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA 
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
Kompüter bilikləri: MS Office, AutoCAD
İdarəetmə bacarığı
Təqdimat bacarığı
Pozitiv düşüncə
Problemlərin həllinə yönəlmə
Müsbət əlaqə və əməkdaşlıq qurma
Özünə əminlik və inkişafa meylli olma
Yaradıcılıq
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1640 AZN (net) 
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Mexanika mühəndisi” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Zəif axın sistemləri üzrə mühəndis
 Son tarix 13 may 2023  [email protected]

Vəzifə öhdəlikləri:
Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və  ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin,  şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; 
Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin  layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
Layihənin müvafiq olaraq, zəif-axın sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək; 
Layihəçi şirkətlər tərəfindən tamamlanmış zəif-axın sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini  və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
Tikintinin zəif-axın sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
Tələb edildiyi halda layihənin bütün mərhələlərində zəif-axın sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
Layihə zəif-axın sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə ali təhsil
Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi
Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA 
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
Kompüter bilikləri: MS Office, AutoCAD
İdarəetmə bacarığı
Təqdimat bacarığı
Pozitiv düşüncə
Problemlərin həllinə yönəlmə
Müsbət əlaqə və əməkdaşlıq qurma
Özünə əminlik və inkişafa meylli olma
Yaradıcılıq
Komandada və fərdi şəkildə işləmə bacarığı;
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
İş yeri: Bakı və Qarabağ ərazisi
İş rejimi: 5 gün, 09:00 – 18:00
Əmək haqqı: 1640 AZN (net) 
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan elektron ünvana, mövzu hissəsində “Zəif axın sistemləri üzrə mühəndis” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil