Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86405
az

İşçi tələb olunur: Maaş 3000 azn

12:1107 Aprel, 2023
545
ELANLAR
  • A

Iktex

Product Owner
Ətraflı

 Son tarix 03 may 2023 [email protected]

İcra ediləcək iş haqqında:
İstifadəçilərdən tələbləri toplayıb, layihənin və ya məhsulun ilkin analizini aparmaq;
Əldə olunan tələblər əsasında ilkin çizgiləri (wireframe) hazırlamaq;
Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;
Maraqlı tərəflərə (stakeholder) PRD sənədin hazırlayaraq ilkin tələbləri ötürmək;
Tələblərlə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək (Jira proqramı əsasında);
Tapşırıqların planlaşdırılması ilə bağlı iclaslarda iştirak etmək;
Tətbiq olunacaq yeni funkisonallıqlara bağlı işin həcmini təyin etmək;
Layihənin və məhsulun sənədləşdirilməsini aparmaq (BPMN standartı əsasında flow ların hazırlanması, API design sənədləşmə)
Layihənin və ya məhsulun test edilməsi və komandaya məlumatın ötürülməsi (API test edilməsi, tamamlanmış funksionallığın “manual” test edilməsi)
Əmək haqqı 1500-2500 AZN.
Namizədin öhdəlikləri:
Məhsul sahibi və ya Biznes analist sahəsi üzrə minimum 1 il təcrübə;
Biznes tələblərinin toplanması, məlumatların təhlili və qiymətləndirilməsi ilə bağlı təcrübəyə;
Web və mobile üzrə UI / UX baza biliklərinə;
BPMN standartı əsasında biznes proseslərin hazırlanması bacarıqına;
Danışıqlar aparmaq və liderlik üzrə bacarıqlara;
Komandada və fərdi şəkildə işləmək bacarığına;
Strateji və taktiki düşüncə qabiliyyətinə;
İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə;
Azərbaycan Respublikasının qanunvericiliyi tələbləri ilə ümumi məlumatlı olma;
Təqdimatların və hesabatların hazırlanması sahəsində (Power Point, Excel) baza anlayışlara sahib olma, Power BI arzu olunandır;
Dil bilikləri Azərbaycan dili (əla), İngilis dili arzu olunandır;
Qeyd olunan proqramlar və alətlər üzrə minimum biliklərə sahib olması (Jira, Postman, Swagger, Stoplight, Camunda)
Qeyd: Yalnız hərbi xidmətdə olmuş şəxslər müraciət etsin.
Excel, Power BI bilikləri arzu olunandır.
CV-lərinizi uyğun başlıq altında e-mail ünvanına göndərə bilərsiz.

 

Mobile developer
 Son tarix 04 may 2023 [email protected]

Qeyd: Mütləq şəkildə email subject hissəsində “Mobile developer” yazılmalıdır, əks halda CV yə baxılmayacaq.

İcra ediləcək iş haqqında:
Mövcud proqram təminatlarında əlavə  olunacaq modulların inteqrasiya edilməsi ;
Android platformasında Kotlin və ya Java dillərində sərbəst işləmə bacarığı;  
UI - XML Views və Jetpack Compose ilə təcrübə
MVP ilə tanışlıq, MVVM Design Pattern ilə iş təcrübəsi, Clean Architecture ilkin biliklər
APİ -lərin inteqrasiya üçün-  OkHttp və Retrofit . Ktor ilə işləmək üstünlük sayılır.
Dagger 2  (Hilt ) Dependency İnjection -ın tətbiqi
Kotlin Coroutines üzrə işləmək bacarığı;
Komandada işləmə bacarığı.
Git ilə işləmək təcrübəsi;
Firebase, Paging, BroadcastReceiver, CameraX, Biometrik tanıma sistemlərindən məlumatlı olması arzuolunandır
Əmək haqqı 1500-3000 AZN.
Namizədin öhdəlikləri:
Tapşırığa əsasən proqram təminatı və proqram modullarının tərtibatı və yazılması;
Yeni funksiyaları müəyyən etmək, dizayn etmək və göndərmək üçün çarpaz funksional komandalarla əməkdaşlıq etmək;
Xarici məlumat mənbələri və API(Retrofit) ilə işləmək;
Səhvlərin aradan qaldırılması və tətbiqin performansının yaxşılaşdırılması üçün müasir android texnologiyalarınınaraşdırılıb istifadəyə verilməsi;
İnkişafın səmərəliliyini artırmaq üçün davamlı olaraq yeni texnologiyalar  araşdırmaq,  dəyərləndirmək və tətbiq etmək;
İnkişaf etməkdə olan mobil proqramlar ve onların istifadə etdiyi texnologiyaları araşdırmaq  
Danışıqlar aparmaq və liderlik üzrə bacarıqlara;
 Komandada və fərdi şəkildə işləmək bacarığına;
Strateji və taktiki düşüncə qabiliyyətinə;
İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
 Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə;
 Azərbaycan Respublikasının qanunvericiliyi tələbləri ilə ümumi məlumatlı olma;
 Dil bilikləri Azərbaycan dili (əla), İngilis dili arzu olunandır;
 Qeyd: Yalnız hərbi xidmətdə olmuş şəxslər müraciət etsin.
CV-lərinizi uyğun başlıq altında e-mail ünvanına göndərə bilərsiz.

 

DevOps mühəndis
 Son tarix 04 may 2023 [email protected]

Qeyd: Mütləq şəkildə email subject hissəsində “DevOps” yazılmalıdır, əks halda CV yə baxılmayacaq.

DevOps mühəndisi Öhdəliklər:
Proyektlerin “CI/CD Pipeline” qurulması və mövcud kodun optimizasiyası. 
Təhlükəsizlik tələblərinə uyğun  davamlı inteqrasiya “Pipeline” təmin etmək. 
Monitorinqi Kubernetes infrastrukturunun performans monitorinqin təşkil etmək və avtomatlaşdırma alətlərindən istifadə edərək “script” yazmaq “notify” və avtomatik “action” kimi proseslərin artdıcıllığın qurulması. 
“Log” toplama siyasətini qurulması və proyektin “log”-da şablonlar əsasında xəbərdarlıq yaradılması və ötürülməsi. 
Kubernetes  klasterin dayanıqlıqın təmin edilməsi və aktul versiyasada saxlanılması, klaster daxili təhlükəsizlik siyasətini  tərtib edilib nəzərat etmək lazımdı.
Mövcud problemləri qiymətləndirmək və həmin problemlərinin həll olunması üçün müxtəlif komandaların proqramçıları ilə işləmək.
Proqram təminatlarının yerləşdirməsində yaranan çətinlikləri müəyyənləşdirmək və həll etmək.
Kodun vaxtında hazırlanmasında, keyfiyyətində və proseslərin səmərəliliyinin artırılması layihələrində iştirak etmək.
Başqasının kodu ilə işləmək, konteyner, artifakt və təşkilatın on-prem repositoriyasın yaradmaq və idarə etmək.  
Təşkilat üçün kodlaşdırmanın standartlaşdırma və avtomatlaşdırma prosesləri üzrə planını hazırlamaq İstifadə edilən sistemlərin vəziyyətini yoxlamaq, nəzarət etmək, və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqları yerinə yetirmək.
Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərini qorumaq və artırmaq Dəstəklənən texnologiyalardan və infrastrukturdan istifadə edərək tətbiqlərin yerləşdirməsində fəal iştirak etmək.
Təşkilatın developerlərin və texniki heyət üzvləri arasında onların kodlaşmada və inkişaf prosesində əsas zəif nöqtələrini müəyyən etmək üçün sorğu keçirtmə.
Əmək haqqı 1500-3000 AZN.
CV-lərinizi uyğun başlıq altında e-mail ünvanına göndərə bilərsiz.

 

Machine Learning Engineer
 Son tarix 04 may 2023 [email protected]

Qeyd: Mütləq şəkildə email subject hissəsində “Machine Learning Engineer” yazılmalıdır, əks halda CV yə baxılmayacaq.

İcra ediləcək iş haqqında:
Verilən məlumatların təmizlənməsi və analizi
Computer vision və Deep Learning modellərini araşdırmaq, tətbiq etmək və optimallaşdırmaq ;
Deep learning alqoritmaları vasitəsi ilə gələcək yönümlü təxminlər vermək ;
Əmək haqqı 1500-3000 AZN.
Namizədin öhdəlikləri:
Machine Learning  sahəsi üzrə minimum 1 il təcrübə;
Dataların təhlili  ilə bağlı təcrübəyə;
Statistika üzrə baza biliklərinə;
Komandada və fərdi şəkildə işləmək bacarığına;
Strateji və taktiki düşüncə qabiliyyətinə;
İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə;
Qeyd olunan proqramlar və alətlər üzrə minimum biliklərə sahib olması (Python, SQL, Pandas, Scikit-learn, OpenCv)  arzu olunandır;
Azərbaycan Respublikasının qanunvericiliyi tələbləri ilə ümumi məlumatlı olma;
Qeyd: Yalnız hərbi xidmətdə olmuş şəxslər müraciət etsin.
CV-lərinizi uyğun başlıq altındae-mail ünvanına göndərə bilərsiz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ