BSC Consulting Outsourcing Company
Baş mühasib
Son tarix 02 apr 2023 [email protected]
Öhdəliklər:
Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;
Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanması və təqdim edilməsi.
Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;
Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin edir;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini təmin edir;
Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin edir;;
Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və üzləşmə aktlarının tərtibi;
Tələblər:
İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı;
Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür;
MS Office - Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
1C proqramında mühasibatlıq uçotunu doğru qurmaq bacarığı olmalı;
Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını;
Pul vəsaitlərin və əmtəə-material dəyərlilərin inventarizasiyanın keçirilmə qaydalarını bilməli;
Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;
Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Vergi Məcəlləsini, Mülki Məcəlləsini, Əmək Məcəlləsini bilməli;
Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti,
İş şəraiti:
İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı 2000-3000 AZN (Müsabiqə əsasında müəyyən olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Baş mühasib” yazaraq 02.04.2023- cü il tarixinədək göndərilməsi xahiş olunur.
Dövlət qurumu
Beynəlxalq əlaqələr üzrə mütəxəssis
Son tarix 03 apr 2023 [email protected]
Öhdəliklər:
Beynəlxalq münasibətlər üzrə tədbirlərin və bu istiqamətdə xarici mütəxəssislərin iştirakının təşkili, tədbirə dəvət olunmaları üçün sənədləşmənin aparılması;
Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi, qeyd olunan istiqamətdə anoloji xarici şirkətlərlə münasibətlərin inkişaf etdirilməsi;
Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etmək, beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış şəxslər ilə əlaqələrin qurulması;
Azərbaycan və rus dillərində hesabatların hazırlanması;
Tələblər:
AR vətəndaşlığı;
25-32 yaş;
Minimal iş təcrübəsi – 1-3 il;
Hərbi mükəlləfiyyət ;
Beynəlxalq münasibətlər sahəsi üzrə bilik;
Ali təhsil;
Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 3000 AZN.
Abşeron Avtomobil Mərkəzi
Начальник отдела запасных частей
Son tarix 09 apr 2023 [email protected]
Должностные обязанности:
руководит сбытом продукции компании, разрабатывает ценовую политику в направлении своей ответственности;
организация процессов в направлении продаж диспозиции запасных частей автомобилей марки Мерседес-Бенц;
построение эффективной системы продаж запасных частей автомобилей с учетом ежемесячного планирования заказов, с учетом актуальной ситуации на рынке;
планирование и контроль над работой непосредственных подчиненных в отделе запасных частей;
анализ продаж, подбор списка для заказа запасных частей на склад Дилера;
контроль над корректным проведением хозяйственных и торговых операций в ПО оперативного учета; слежение за соответствием статусов заказов и операций в системе, подготовка и предоставление отчетов по запросу руководства на базе данных ПО;
несет ответственность за исполнение со стороны подчиненных предписаний касательно исполнения заданий, связанных с организацией и учетом процессов в ПО оперативного учета.
Пополнение и реализация склада запасных частей
Требования:
Знание 1С
Знание компьюторных программ ( Microsoft Excel )
Знание структуры и функциональности автомобиля
Знания русского языка
Знания английского на уровне чтения документации или выше
Внимательность
Стрессоустойчивость
Ответственность
Условия:
График работы: - 5 дневная рабочая неделя - Полный рабочий день с 09:00 до 18:00
Оформление в соответствии с ТК АР , Заработная плата 3000 манат
Заинтересованные лица могут отправить форму CV.
Просьба указать название вакансии в теме письма! Собеседование состоится после рассмотрения всех полученных резюме.
Jetour Azerbaijan
Maliyyə meneceri
Son tarix 01 apr 2023 [email protected]
İş yeri: Bakı şəhəri, Babək pr.
İş qrafiki: 5 günlük (normal)
Əmək haqqı: net 2500-3000 manat
Tələblər:
Ali təhsil: mühasibatlıq, maliyyə, digər iqtisadiyyat ixtisasları;
Maliyyə meneceri kimi 5 il iş təcrübəsi;
Kompüter biliyi: 1C (8.3), MS Office (əsasən Excel) proqramlarında sərbəst;
Yerli qanunvericiliyi mükəmməl bilməlidir;
PMS, ACCA sertifikatları üstünlükdür.
İş haqqında məlumat:
Müəssisənin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatları toplamalı və analiz etməli;
Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
Maliyyə vəziyyəti, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişikliklər və öhdəliklər haqqında hesabatları hazırlamaq;
Müəssisənin illik büdcəsinin (mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti) hazırlanması və büdcəyə nəzarət;
Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
Malların və xidmətlərin maya dəyəri və gəlirliyin planlaşdırılmasını təmin etmək;
Şirkətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
Dövlət orqanlarına təqdim edilən hesabatlara nəzarət;
Mühasibatlıq proseslərinin avtomatlaşdırılmasını təmin etmək.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini 31.03.2023-cü il tarixinədək mövzu yerinə “Maliyyə meneceri - JETOUR AZƏRBAYCAN” yazaraq göndərə bilər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Automotive Company
Sales and Marketing Director
Son tarix 14 apr 2023 [email protected]
Job responsibilities:
Interaction with the manufacturer (annual business plan);
Organization of trade in cars;
Organization of trade in spare parts;
Organization of after-sales and warranty service;
Quality control of customer service and compliance with compliance control from the manufacturer;
Management of financial and economic activities;
Corporate reporting.
Requirements:
Experience in trading with premium brands (cars, real estate, watches, clothing, furniture, household appliances, etc.)
Knowledge of languages:
English - fluent;
Russian - fluent.
Conditions:
Schedule: - 5 day work week - Full time from 09:00 to 18:00
Registration in accordance with the Labor Code of the Republic of Azerbaijan
Salary 3000 AZN.
Baş mühasib
Son tarix 17 apr 2023 [email protected]
Namizədə Tələblər:
Ali təhsil (Maliyyə, mühasibatlıq və audit üzrə)
Böyük istehsalat müəssisələrində baş mühasib kimi 5 illik peşəkar iş təcrübəsi;
Elektron hökümət portallarında (e-gov və e-taxes) işləməyi bacarmalı;
Ofis avadanlığı və kompüter proqramlarının (MS Office) əsaslarını yaxşı səviyyədə bilməli, 1C 8.3 proqramı üzrə bilik və bacarıqlarının olması mütləqdir;
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini bilməli;
Dəqiqlik, punktuallıq və tapşırıqların vaxtlı-vaxtında icrası.
Vəzifə öhdəlikləri:
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim edilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını təmin edir.
Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir.
Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir.
Bütün mühasibat məlumatlarının 1C mühasibat proqramına inteqrasiya edilməsi.
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin təmin edilməsi və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir.
Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür.
Mühasibat sənədlərinin (vergi bəyənnamələrinin, uçot sənədlərinin, debitor və kreditor sənədlərinin və s.) çoxaldılması, tərtib edilməsi, vaxtaşırı (aylıq, rüblük, illik) rəhbərliyə təqdim edərək arxivləşdirilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.
Qeyd edilən bütün vəzifələrin AR-nın müvafiq qanunvericiliyinə uyğun yerinə yetirilməsini təmin edir.
Cari idarəetmə hesabatların gündəlik yenilənməsinin təmin olunması: kreditor və debitor borcların kontragentlər üzrə açıqlanması, pul vəsaitlərin qalıqları üzrə gündəlik hesabat, hazır məhsulun qalıqları və hərəkəti haqqında gündəlik hesabat, hazır məhsulun maya dəyərinə daxil olan birbaşa məsrəflər barədə gündəlik hesabat, istehsalata silinən xammal və materiallar barədə gündəlik hesabat, xammal və material qalıqları barədə gündəlik hesabat və s.
Əsas vəsaitlərin hər bir vahidi üzrə qeydiyyatını aparan reyestrin aparılmasının təmin ediməsi və bu işə nəzarət: alış dəyəri, alış tarixi, alışın ilkin sənədləri, istismara buraxılma tarixi, dəyəri, kapitallaşdırılan təmir xərcləri barədə ilkin məlumat, amortizasiya ilə bağlı olan məlumat, qalıq dəyəri və s. məlumatları özündə əks etdirən reyestr
Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində istehsal olunmuş hazır məhsulun maya dəyərinin (xərc maddələri üzrə) tam kalkulyasiyasının hazırlanması
Növbəti ayın 5 tarixinə kimi keçən ay ərzində satılmış hazır məhsulun maya dəyərinin hesablanması
Gündəlik əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq zamanında rəsmiləşdirilməsinin təmin olunması və bu işə nəzarət: təqdim edilmiş hazır məhsula görə elektron qaimə-fakturaların zamanında kəsilməsi, alınmış mallara və xidmətlərə görə elektron qaimə-fakturaların zamanında kəsilməsini təchizatçılardan tələb etmək və s.
Aylıq əsasda debitorlarla və kreditorlarla Borcların Üzləşməsini təmin etmək
Gündəlik təsərrüfat əməliyyatların zamanında mühasibat kitablarına işlənilməsini təmin etmək
Hesablanmış və icra olunmuş Satış Sifarişlərin (Sales Orders) üzləşməsi barədə aylıq hesabatların hazırlanması: satış qiyməti, maya dəyəri və karlıq
Əmək haqqı cədvəllərin zamanında hazırlanmasını təmin etmək
Gündəlik təsərrüfat əməliyyatlarını əks etdirən ilkin sənədlərin qanuna uyğun rəsmiləşdirilməsini təmin və bu işə nəzarət etmək
Bütün təsərrüfat əməliyyatlarında vergi və digər icbari ödənişlərin düzgün tətbiqini və hesablanmasını təmin və bu işə nəzarət etmək
Bütün kontragentlərlə imzalanacaq müqavilələrdə vergi, bank və digər icbari ödənişlərlə bağlı maddələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilib-edilməməsinə nəzarət etmək
Vergi, statistika, DSMF, digər icbari yığımlarla və s. bağlı dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatların zamanında hazırlanmasını və təqdim edilməsini təmin etmək
Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması, onların bütün sorğu və tələblərini zamanında və dolğun cavablandırılmasını təmin etmək
Vergi və digər dövlət orqanları tərəfindən aparılan kameral və səyyar yoxlamaların koordinasiyası və bu işə nəzarət
İllik inventarizasiyanın keçirilməsinin təmin edilməsi və bu işin koordinasiyası
Şirkətə məxsus bütün maddi aktivlərin uçotunun və qeydiyyatının təmin edilməsi (maddi məsul şəxslər üzrə, yerləşdiyi yerlər üzrə və s.)
Növbəti ayın 10 tarixinə kimi aylıq və illin əvvəlindən artan yekunla dövrü, növbəti ilin fevral ayının 15 tarixinə kimi isə illik maliyyə hesabatların hazırlanması: Balans Hesabatı, Mənfəət və Zərər Haqqında Hesabat, birbaşa metodla hazırlanmış Pul Axınları Haqqında Hesabat, Kapitalda Dəyişikliklər Barədə Hesabat
Növbəti ayın 5 tarixinə kimi 3 aylıq ödənişlər (mədaxil və məxaric) proqnozunun hazırlanması və ödənişlərin həmin proqnoza uyğun aparılmasına nəzarət
İllik büdcənin hazırlanması və təsdiqlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası
İllik büdcənin icrası ilə bağlı hesabatlarıın hazırlanması
Aylıq istehsal proqnozların hazırlanması və təsdiqlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası
Aylıq istehsal proqnozların icrası ilə bağlı hesabatlarıın hazırlanması
Şirkətin daxili biznes proseslərinin və prosedurlarının mütəmadi olaraq təhlil olunmasını və tələb olduqda onların yenilənməsini təmin etmək
Tabeçiliyində olan işçilər arasında mühasibatlıq funksiyaların optimal şəkildə bölüşdürülməsini təmin etmək və mühasibat şöbəsinin işinə nəzarət etmək
Birbaşa rəhbərdən alınan bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək.
Əmək haqqı: 3000-3500 manat.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
Oxu24.com
ŞƏRHLƏR