Dövlət qurumu
Baş hüquqşünas
Son tarix 09 apr 2023 [email protected]
İş barədə məlumat:
Hüquqi sənədlərin tərtib edilməsi
Beynəlxalq əlaqələr sahəsində normativ hüquqi aktların və sənədlərin layihələrinin hazırlanmasında,həmçinin Müəssisənin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati
sərəncamverici sənədlərin layihələrinə dair təkliflər verilməsində iştirak etmək
Xarici və beynəlxalq təşkilatlardan daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq
Təşkilatın fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin hazırlamaq
Struktur vahidlərini təşkilat daxili qayda və əsasnamələrin hazırlanması üçün normativ sənədlərlə təmin etmək, hazırlanmış təşkilatdaxili normativ sənədlərin qanuniliyinin yoxlamaq və rəy vermək
Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli və digər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirmək
Müqavilə işinin aparılması tənzimlənməsində iştirak etmək, prosesin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atmaq
Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatları hazırlamaq
Namizədə tələblər:
Beynəlxalq hüquq və hüquq ixtisasları üzrə ali təhsil
AR vətəndaşlığı
25-32 yaş
İş təcrübəsi – 1-3 il
Ali təhsil
Hərbi mükəlləfiyyət (Müraciət edən şəxsin hərbi xidməti keçməsi mütləqdir!)
Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti
Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir
Əmək haqqı: 2500 AZN.
Korporativ hüquqşünas (mütəxəssis)
Son tarix 09 apr 2023 [email protected]
İş Yeri: Bakı şəhəri
İş Rejimi: 5 günlük 09:00-18:00
Sığorta: İcbari
Namızədə tələblər:
Təhsil: Bakalavr (Hüquq sahəsi, hüquqşünas)
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
Xüsusi biliklər:
Azərbaycan dilini sərbəst bilməli, rus dili orta səviyyədə, ingilis dili arzuolunandır;
Daxili normativlər haqqında ilkin təsürratların olması;
Dövlət və qeyri-dövlət müəssisləri ilə danışıqların aparılması qabiliyyəti;
Vəzifə öhdəlikləri:
Müqavilə və əlavələrin tərtibi/hüquq ekspertizasını həyata keçirmək;
Yaranmış zərurətlə bağlı qanunvericiliyin təhlili və arayışı tərtib etmək;
Hüquqi xarakterli daxili sənədləri işləyib hazırlamaq;
Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
Əmək haqqı razılaşma əsasında;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ hüquqşünas” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Mühəndis mexanik
Son tarix 09 apr 2023 [email protected]
İş Yeri: Səngəçal- Nahar şirkət tərəfindən təmin olunur
İş yerinə çatdırılma: Şirkət tərəfindən təmin olunur (20 yanvar m/s)
İş Rejimi: 5 günlük 09:00-18:00
Sığorta: İcbari
Namızədə tələblər:
Təhsil: Ali;
İş təcrübəsi: Müvafiq sahə üzrə 5 il təcrübə;
Xüsusi biliklər:
Azərbaycan dilini sərbəst bilməli, rus dili orta səviyyədə, ingilis dili arzuolunandır;
İstehsalat sahəsində minumum 3 illik iş təcrübəsi olan;
Vəzifə öhdəlikləri:
Filialda görülən və görüləcək mexaniki işlərə nəzarət etmək;
Mexaniki işləri palnlaşdırmaq və analiz etmək;
Hesabatları hazırlamaq;
Tabeçiliyində olan işçilərə iş bölgüsünü aparmaq;
Yeni avadanlıqların qəbul edilməsində və quraşdırılmasında iştirak etmək;
Müəssisədə təmir xidmətini təşkil etmək;
Zəruri texniki sənədlərin hazırlanmasında iştirak etmək;
Təmir proseslərinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizliyə riayət etmək;
Bütün avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirtmək;
Sınaq və təcrübələrin keçirilməsində və alınmış nəticələrin emalının aparılmasında iştirak etmək;
Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiya və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqi üzrə işlərdə iştirak etmək;
Yeni texnikanın tətbiqinin və inkişaf etmiş texnologiyanın, səmərələşdirici təkliflərin və ixtiraların iqtisadi effektliliyinin əsaslandırılmasında iştirak etmək;
İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər vermək;
Avadanlıqların fasiləsiz,texniki cəhətdən düzgün istismarını və etibarlı işini,onların saz vəziyyətdə,tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
Təmirin vaxtında və keyfiyyətli keçirilməsini,ümumi vəziyyətə texniki nəzarətini təşkil etmək;
Əsas kritik ehtiyyat hissələrinin və avadanlığın inventarını hazırlamaq;
Texniki xidmətlərlə bağlı hesabatlar hazırlamaq;
Dəzgah və mexanizmlərin ayrı-ayrı hərəkətli hissələrinin sıradan çıxması və yeyilməsinin səbəbini təyin etmək;
İllik texniki xidmət planına uyğun olaraq planlı təmirini təşkil etmək;
İşçilərin işlərini müəyyənləşdirilmiş plan üzrə bölmək;
Əmək haqqı razılaşma əsasında;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mühəndis mexanik” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Beynəlxalq əlaqələr üzrə mütəxəssis
Son tarix 03 apr 2023 [email protected]
Öhdəliklər:
Beynəlxalq münasibətlər üzrə tədbirlərin və bu istiqamətdə xarici mütəxəssislərin iştirakının təşkili, tədbirə dəvət olunmaları üçün sənədləşmənin aparılması;
Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi, qeyd olunan istiqamətdə anoloji xarici şirkətlərlə münasibətlərin inkişaf etdirilməsi;
Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etmək, beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış şəxslər ilə əlaqələrin qurulması;
Azərbaycan və rus dillərində hesabatların hazırlanması;
Tələblər:
AR vətəndaşlığı;
25-32 yaş;
Minimal iş təcrübəsi – 1-3 il;
Hərbi mükəlləfiyyət ;
Beynəlxalq münasibətlər sahəsi üzrə bilik;
Ali təhsil;
Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 3000 AZN.
Oxu24.com
ŞƏRHLƏR