Azərbaycan Sənaye Korporasiyası
Maliyyə hesabatları şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 15 yan 2023 - [email protected]
Tələb olunan bilik və bacarıqlar:
Cəmiyyət və onun törəmə müəssisələri üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə uçotunu aparılmasını təmin etmək;
Maliyyə siyasətini hazırlanmasını əlaqələndirmək, maliyyə siyasətinin müntəzəm olaraq yenilənməsi üçün təkliflər vermək və siyasətin icrasına nəzarəti həyata keçirmək;
Cəmiyyət və zəruri olduqda onun törəmə müəssisələri üzrə vahid Hesablar Planını və ona uyğun olaraq standart müxabirləşmələrin hazırlanmasını təmin etmək;
Cəmiyyətin törəmə müəssisələri tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə hesabatlarının, o cümlədən Maliyyə vəziyyətinə dair hesabat (Balans hesabatı), Mənfəət və ya zərər və digər məcmu gəlirlər hesabatı, Pul vəsaitlərinin hərəkətinə dair hesabat, Kapitalda dəyişikliklər barədə hesabat, qeyd və açıqlamaların hazırlanmasına dəstək göstərmək, hesabatların vaxtında təqdim edilməsini təmin etmək;
Cəmiyyətin törəmə müəssisələrinin maliyyə və mühasibatlıq strukturlarına maliyyə uçotunun aparılmasında metodiki dəstək göstərmək, o cümlədən gündəlik əməliyyatlar üzrə maliyyə uçotuna dair meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanan maliyyə hesabatları üzrə maliyyə təhlillərini aparılmasını təmin etmək və müəyyən ediləcək uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflər vermək;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq Cəmiyyət konsolidasiya edilmiş illik maliyyə hesabatlarının hazırlanmasını təmin etmək;
Cəmiyyət və zəruri olduqda onun törəmə müəssisələr üzrə maliyyə hesabatlarının kənar auditi proseslərini koordinasiya etmək;
Cəmiyyətin törəmə müəssisələrinin aktivlərinin qorunması və bazar dəyərinin artmasına töhfə vermək;
Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində şöbə müdirinə təkliflər vermək;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Namizədə tələblər:
Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzuolunandır);
Maliyyə planlaması, büdcə, maliyyə nəzarəti, audit və ya mühasibat sahəsi üzrə 2 il iş təcrübəsi; (İstehsal sahəsi üzrə təcrübənin olması arzuolunandır.)
Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
Yüksək səviyyədə Azərbaycan dili biliyi;
Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzuolunandır);
Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
ERP sistemləri ilə (1C 8.3 versiyası) üzrə bilik və işlətmə bacarığı;
Statistik və riyazi biliklər;
Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
ACCA, CFA, FMVA, CIMA, CPA və ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzuolunandır.
Əmək haqqı -1440 azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə hesabatları şöbəsinin aparıcı mütəxəssisi ” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Maliyyə planlaması və təhlili şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 15 yan 2023 [email protected]
Funksional vəzifələr:
Müəssisənin illik büdcə planının, rüblük proqnozlarının və müvafiq balans, mənfəət və zərər, pul hərəkəti hesabatlarının hazırlanması
Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi
Müvafiq struktur bölmələrin və törəmə müəssisələrin büdcə planlamasında iştirakı və koordinasiyanı təmin edilməsi
Təqdim edilmiş büdcə və proqnozların təhlili
Büdcənin icrasına mütəmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim edilməsi
Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi
Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi
Büdcə gəlirlərinin artırılması üzrə mənbələrin aidiyyəti struktur bölmələrlə müzakirə edilməsi
Müəssisədə tətbiq edilən bütün təlimatlara, qaydalara və sair prosedur və tələblərə riayət
Şöbənin vəzifələrinə aid edilmiş məsələlər üzrə digər işlər
Namizədə dair tələblər:
Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzu olunandır);
Maliyyə planlaması, büdcə, maliyyə nəzarəti, audit və ya mühasibat sahəsi üzrə 2 il iş təcrübəsi;
Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
Yüksək səviyyədə Azərbaycan dili biliyi;
Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzu olunandır);
Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
ERP sistemləri ilə (1C 8.3 versiyası) üzrə bilik və işlətmə bacarığı;
Statistik və riyazi biliklər;
Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
ACCA, CFA, FMVA, CIMA, CPA və ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzu olunandır;
Əmək haqqı -1440 azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə Departamentinin Maliyyə planlaması və təhlili şöbəsinin aparıcı mütəxəssisi ” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Satınalma, təchizat və logistika üzrə aparıcı mütəxəssis
Son tarix 12 yan 2023 - [email protected]
İş qrafiki: 09:00-18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədlərə dair tələblər:
Biznes/Menecment/İqtisadiyyat üzrə ali təhsil;
Satınalma sahəsində müvafiq olaraq 2 ildən az olmayaraq iş təcrübəsi;
Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər;
Səlis Azərbaycan dili, İngilis və ya Rus dili bilikləri;
Araşdırma və analitik bacarıqlar;
Komandada işləmək bacarığı;
Məntiqi düşünmə bacarığı;
ERP sistemi, Word, Excel, Power Point və Outlook proqramlarını yaxşı səviyyədə bilmək;
CIPS 3 və ya digər beynəlxalq satınalma sertifikatlarına sahib olan namizədlərə üstünlük veriləcəkdir;
INCOTERM haqqında məlumatlara sahib olmaq.
İşin təsviri:
Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi;
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
Dövlət satınalmalarının vahid internet portalında müvafiq əməliyyatlar aparmaq;
Tədarükçülərin araşdırılması, əlaqələrin yaradılması;
Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi;
Rəhbərliyin digər tapşırıqlarının icrası.
Əmək haqqı – 1440 AZN gross
Yalnız tələblərə uyğun namizədlər müraciət etsin.
Oxu24.com
ŞƏRHLƏR