Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ ELAN! İşçi tələb olunur: MAAŞ 3000 AZN

TƏCİLİ ELAN! İşçi tələb olunur: MAAŞ 3000 AZN

ELANLAR

1512

15.11.2022, 22:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vakansiya: İstehsal müdiri
Namizədə Tələblər:

Təhsil: Ali ;
Yaş həddi: 30-45;
Kompüter biliyi: MS Office  (Word, Excel);1C, SAP və ya diger ERP proqramları bilənlərə üstünlük verilir;
İş təcrübəsi: İstehsalat sahəsində (qida) və zavodun idarəedilməsində 5-10 il təcrübə;
Müəssisə Buzovna qəsəbəsində yerləşir. 
Vəzifə öhdəlikləri:
Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
İstehsal edilən məhsulların keyfiyyətinə cari və son nəzrətin edilməsi;
Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabatlarını hazırlamaq;
Xammal stok ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə);
İllik büdcələrin hazırlanmasında iştirak etmək;
İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbirlər görmək, həll yolları təklif etmək;
Tabeçiliyində olan istehsal, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək;
İstehsalatda istifadə olunan bütün avadanlıqların düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək;
 Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
Əmək haqqı: 3000 manat

İş qrafiki: 6 günlük

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

"Toppuş Bacı" ilə bağlı ŞAD XƏBƏR: Həkim deyib ki...(VİDEO)

 

Aynurə Məcidova